ÉRMAN SİLSİLƏSİ – RF-nin Baykalarxası diyarında dağ silsilәsi. Onon çayının sağ sahili boyu 175 km mәsafәdә uzanır. Hünd. 1434 m-әdәkdir. Qranitlәrdәn, qneyslәrdәn vә kristallik şistlәrdәn tәşkil olunmuşdur. Ortadağlıq relyefi üstünlük tәşkil edir. Yamacları qaraşam vә şamağacı meşәlәridir; c.-ş. yamacları (900–1000 m hünd.-әdәk) çöl bitkilәri ilә örtülmüşdür. Alman fiziki vә sәyyahı A.Ermanın (A.Erman; 1806–77) şәrәfinә adlandırılmışdır.