Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERMƏNİ FRAKSİYASI

    ERMƏNİ FRAKSİYASI – Azәrbaycan Xalq Cümhuriyyәti (AXC) parlamentinin fraksiyalarından biri. AXC-nin ümumbәşәri demokratiya әnәnәlәrinә hörmәt vә sәdaqәtinin bariz nümunәsidir. Azәrbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyәt parlamentinin formalaşdırılması әrәfәsindә Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkәdә yaradılacaq qanunvericilik vә idarәçilik hakimiyyәti orqanlarında Azәrb. әrazisindә yaşayan bütün millәtlәrin nümayәndәlәri tәmsil olunmalıdır. Azәrb. Milli Şurasının noyabrın 19- da qәbul etdiyi “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”da da Azәrb. әrazisindә yaşayan millәtlәrin onların sayına müvafiq surәtdә parlamentdә tәmsilçiliyi tәsbit olunurdu. Hәmin qanuna әsasәn Azәrb. parlamentindә 21 ermәni nümayәndәsi tәmsil edilmәli idi.

    Lakin Azәrb. Milli Şurasının sәylәrinә baxmayaraq, Bakıda fәaliyyәt göstәrәn ermәni vә rus milli şuraları nәinki parlamentә öz nümayәndәlәrini göndәrmәdilәr, әksinә, parlamentin fәaliyyәtә başlamasına mane oldular. Onlar 1918 il dekabrın 7-dә açılan Azәrb. parlamentinin ilk iclasında iştirakdan imtina etdilәr. Ermәnilәr Azәrb. parlamentini boykot taktikasını iki aydan artıq uzadaraq, yalnız 1919 ilin fevralından iclaslara qatıldılar. Ermәnilәr parlamentdә iki fraksiya: 5 nәfәrdәn ibarәt ermәni vә 6 nәfәrdәn ibarәt “Daşnaksutyun” fraksiyaları ilә tәmsil olunmuşdular. Bu fraksiyaların Azәrb. parlamentindәki fәaliyyәti göstәrdi ki, ermәnilәrin parlamentdә iştirakı Azәrb. dövlәtçiliyinin formalaşmasına, ümumәn Azәrb. iqtisadiyyatı vә mәdәniyyәtinin  inkişafına,  Azәrb.-ın  әrazi bütövlüyünün tәmin olunmasına hәr vasitә ilә mane olmaq, özlәrinin “Böyük Ermәnistan” yaratmaq xülyasının tәbliği üçün yeni bir tribuna әldә etmәk mәqsәdi güdmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç