ERMƏNİ MİLLİ ŞURALARI – Rusiyada fevral inqilabından (1917) sonra ermәni siyasi tәşkilatlarının tәşәbbüsü vә maddi yardımı ilә Azәrb.-da yaradılan vә fәaliyyәt göstәrәn şuralar, Mart soyqırımının (1918) tәşkilatçıları. Bakı, Gәncә, Şuşa, Naxçıvan, Culfa, Ordubad vә digәr şәhәrlәrdә, hәmçinin Zәngәzurda Azәrb. әleyhinә fәaliyyәt göstәrirdilәr. Bu mәqsәdlә terrorçu hәrbi dәstәlәr yaradılmışdı. E.m.ş. hәm dә ermәnilәrә tәsir göstәrәn vә onları sәfәrbәr edәn siyasi mexanizm rolunu oynayırdı. Mart soyqırımı әrәfәsindә E.m.ş. vә Daşnaksutyun partiyası Azәrb.- da yaşayan ermәnilәr arasında türk-müsәlman әhaliyә qarşı nifrәt tәbliğatı aparır, çirkin mәqsәdlәrinә çatmaq üçün bütün vasitәlәrdәn (adamları aldatmaq yolu ilә әlә almaq, hәdә-qorxu gәlmәk, qәzet vә kitabçalar nәşr etdirmәk) istifadә edirdilәr. E.m.ş. Mart soyqırımını S. Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin qüvvәlәri ilә birlikdә hәyata keçirdilәr.