Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERMƏNİ TERRORİZMİ

    ERMƏNİ TERRORİZMİ – 19–20 әsrlәrdә Qafqazda vә indiki Türkiyә әrazisindә, hәmçinin ABŞ-da, Avropada, Yaxın Şәrq ölkәlәrindә meydana gәlmiş silahlı ermәni tәşkilatları vә qruplaşmalarının terror fәaliyyәti. E.t. beynәlxalq terrorizmin tәrkib hissәsidir. İdeologiyası milli, dini vә irqi ayrı-seçkiliyә, tәcavüzkar separatizmә, türklәrә  qarşı   düşmәnçiliyә   әsaslanır.

    Ермяни терроризми нятиъясиндя Бакыда тюрядилмиш сойгырымы. 1918 ил.

    Termin rәsmәn ilk dәfә ABŞ Dövlәt Departamentinin aylıq bülletenindә (1982 il, avqust) istifadә edilmişdir.

    E.t. 19 әsrdә Osmanlı imperiyasının zәiflәmәsi, Fransa, Rusiya, B.Britaniya vә digәr Avropa dövlәtlәrinin onu parçalamaq, Aralıq dәnizinә sәrbәst çıxış imkanları әldә etmәk uğrunda bir-birilә mübarizәsi şәraitindә formalaşmışdı. Bu mәqsәdlә әrazidә yaşayan etnik azlıqlardan, ilk növbәdә ermәnilәrin “Böyük Ermәnistan” iddialarından istifadә etmәk siyasәti yürüdülür, silahlı ermәni qruplaşmalarının vә siyasi partiyalarının yaradılmasına hәr cür hәrbi, maliyyә vә siyasi-diplomatik yardımlar göstәrilirdi. ABŞ hakimiyyәti dә Yaxın Şәrq regionuna nüfuz etmәk üçün sәylәr göstәrir, bu zaman missionerlik fәaliyyәtindәn istifadә edirdi. 1810 ildә Boston ş.-ndә protestant missionerliyini Şәrq ölkәlәrindә yaymaq mәqsәdilә “Amerika bürosu” yaradılmışdı. Lakin regionda neçә illik gәrgin fәaliyyәtә baxmayaraq, Livanda yaşayan iki ermәnidәn başqa müsәlmanlar, yәhudilәr vә çoxsaylı xristian mәzhәblәrindәn heç biri protestantlığı qәbul etmәmişdi. Büro ermәnilәrin yardımı ilә 1921 ildә Beyrut ş.-ndә öz filialını açmışdı. Sonra digәr Osmanlı şәhәrlәrindә (İstanbul, Bursa, Trabzon, Konya, Bitlis, Ərzurum, Van vә s.) dә ermәni protestantlarından ibarәt missioner mәntәqәlәri, kilsәlәr, dini mәktәblәr yaradılmışdı. 1839 ildә vәziyyәtin bu istiqamәtdә inkişafından qorxuya düşәn ermәni qriqorian kilsәsi yaratdığı silahlı dәstәlәrlә dinindәn “dönmüş” ermәnilәrә qarşı mübarizә kampaniyasına başlamışdı. “Ermәni–amerikan protestant tәqibi” adını almış bu aksiya zamanı yüzlәrlә mәktәb, kilsә yandırılmış, minlәrlә insan qәtlә yetirilmiş vә hәbs edilmişdi.

    19 әsrin 80-ci illәrindә E.t. siyasi formalaşma mәrhәlәsi keçirirdi. Qısa müddәtdә Ermenakan (1885), Hnçaq (1887), Daşnaksutyun (1890) partiyalarının yaradılması vә silahlandırılması bu prosesin dә xarici qüvvәlәr tәrәfindәn himayә edildiyinin әsas göstәricisidir. Sonuncusu Tiflisdә yaradılmış vә ermәni silahlı-terrorçu partiyaları arasında әn uzunömürlüsü olmuşdur. Əsas mәqsәdi silahlı mübarizә vә üsyan yolu ilә Azәrb.-ın Naxçıvan, Zәngәzur, Dağlıq Qarabağ, Anadolunun şm.-ş., İranın şm.-q. әrazilәrindә “Böyük Erm.” yaratmaqdır. İlk dövrdә terror aktları Osmanlılara xidmәt edәn ermәnilәrә qarşı yönәldilmiş, sarayda kәşfiyyat xidmәtinin rәhbәri Artaşek paşa, jandarm xidmәtinin başçısı Tiqran paşa vә b. qәtlә yetirilmişdi. Partiyanın 1892 ildә Tiflisdә keçirilmiş 1-ci qurultayında türklәrә qarşı qәtllәrin tәşkil olunması haqqında qәrar qәbul edilmişdi. Dünya ictimaiyyәtinin diqqәtini ermәni mәsәlәsinә yönәltmәk mәqsәdilә 14–26 avqust 1896 ildә Arsen Qaro vә Babken Süninin başçılığı altında silahlı-terrorçu qruplaşma İstanbulda Osmanlı Beynәlxalq Bankını әlә keçirmiş, 150 işçini girov götürmüşdü. Bir hәftә sürәn danışıqlardan sonra rus sәfiri Maksimovun zәmanәti altında bankın binasını tәrk edәn terrorçular fransız gәmisi ilә Marsel ş.-nә aparılmışdılar. Amerika tarixçisi U.Lakerә görә, “ermәni terrorçuları 1914 ilә qәdәrki fәaliyyәtlәri ilә Birinci dünya müharibәsi gedişindә Türkiyәnin ş.-indә öz xalqının başına gәlәn fәlakәtlәrә tәkan vermişlәr”.

    20 әsrdә E.t. Rusiya әrazisindә dә bir sıra terror aktları hәyata keçirmişdir. Ermәni millәtçilәrinin ideoloji dayağı vә silahlı qruplaşmalarının әsas maliyyә mәnbәlәrindәn biri olan ermәni qriqorian kilsәsinin әmlakının müsadirәsi haqqında çar II Nikolayın qәrarına (12 iyun 1903 il) özünәmәxsus cavab kimi 14 oktyabr 1903 ildә Hnçaqın terrorçu dәstәlәri Qafqazda Rusiya ordusunun baş komandanı knyaz Qolitsına sui-qәsd (hücumu gözlәdiyinә vә zireh geydiyinә görә sağ qalmışdı) hәyata keçirmişdilәr. Eyni sәbәblәrlә 1905 ildә Dro Kanoyanın atdığı qumbara ilә Bakı qubernatoru knyaz Mixail Nakaşidze qәtlә yetirilmişdi. Daşnaksutyunun 1907 ildә Vyanada keçirilmiş növbәdәnkәnar qurultayında Rusiya mәmurlarına qarşı terror aktlarının hәyata keçirilmәsi haqqında qәrar qәbul edilmiş vә hәmin ilin 3 iyulunda Gümrü ş.-ndә gen. Maksud ƏlixanAvarlı, onun rus hәyat yoldaşı vә faytonçu-әsgәri qәtlә yetirilmişdi.

    Ermәni terrorçuları onları maliyyәlәşdirmәkdәn boyun qaçıran iş adamlarına vә bu qeyri-insani faciәlәri ifşa edәn ziyalılarına qarşı da sui-qәsdlәr tәşkil edirdilәr. 15 dekabr 1903 ildә daşnak M. Minasyans Moskvada bank sahibi Camqarovu qәtlә yetirmişdi. İstintaq zamanı aydın olmuşdu ki, qatil partiyanın qәrarı ilә Camqarovu Şuşada qaçırmış vә silah gücünә ondan partiya hesabına 30 min rubl keçirәcәyi haqqında yazılı öhdәlik almış, öhdәlik yerinә yetirilmәdiyinә görә ölümә mәhkum etmişdi. Oxşar hadisә 22 iyul 1907 ildә Nyu-Yorkda baş vermişdi. B.Ambartsumyan xalça ticarәti ilә mәşğul olan sahibkar Davşancyanı “Türkiyәdә hakimiyyәti devirmәk üçün 10000 dollar vermәkdәn imtina etdiyinә” görә qәtlә yetirmişdi. 1908 ildә Qahirәdә yenilәnmiş Hnçaq  partiyasının  görkәmli  nümayәndәlәrindәn biri, yazıçı Arpiar Arpiaryan öz hәmvәtәnlәrinin cinayәtkar fәaliyyәtini mәtbuatda ifşa etdiyinә görә öldürülmüşdü. Ümumiyyәtlә, tarixçi C. Libaridyana görә, 1904–06 illәr әrzindә 105 nәfәr E.t.-nin qurbanı olmuşdur.

    Террорчу дашнакларын Губада тюрятдикляри
    сойгырымы (1918 ил) гурбанларынын 2007 илдя
    ашкара чыхарылмыш кцтляви мязарлыьы (fraqment).

    Birinci dünya müharibәsi gedişindә rus hәrbi birlәşmәlәrinә yardım etdiklәrinә, mәrkәzi hakimiyyәtә qarşı üsyan qaldırdıqlarına görә Anadolunun şәrqindә (Trabzon, Van, Ərzurum, Ərdahan vә s.) yaşayan ermәnilәr o zamankı Gәnc türklәr hökumәtinin qәrarı ilә Osmanlı imperiyasının digәr әrazilәrinә (әsasәn, Suriya vә Livana) sürgün edildilәr (1915). Sürgün zamanı müqavimәt göstәrәn ermәnilәr hәbs edilәrәk edam olunmuş, bir çoxları isә yolda aclıqdan ölmüşdülәr. Bu hadisәni sonralar “ermәni genosidi” kimi qәlәmә verәn Daşnaksutyun partiyası 9-cu qurultayında (1919) qondarma “genosid”dә iştirak edәn şәxslәrin qәtlә yetirilmәsini qәrara aldı vә bu mәqsәdlә xüsusi әmәliyyat planı hazırladı. Erm. Resp.-nın ABŞ-dakı sәfiri A.Qaro әmәliyyata rәhbәrlik üçün yaradılmış mәsul orqanın rәhbәri tәyin olundu. 650 nәfәrlik siyahıdan 41-i seçildi, müxtәlif şәhәrlәrdә 2–3 nәfәrlik mobil terrorçu qrupları yaradıldı. Mühacirәtdә yaşayan türklәrin arasına tәlәbә adıyla yerlәşdirilәn Q.Papazyan mәlumatların toplanmasında mühüm rol oynadı. Əmәliyyatın әsas tәşkilati mәrkәzlәri “Çakatamart” (İstanbul) vә “Droşak” (Boston) qәzetlәrinin redaksiyaları idi. Qara siyahıya türk liderlәrindәn başqa, Azәrbaycan Xalq Cümhuriyyәti  (AXC)  hökumәtinin  bir  sıra rәhbәrlәri dә daxil edilmişdi. Belә ki, Mart soyqırımından (1918) sonra Osmanlı hökumәtinin yardım üçün göndәrdiyi Qafqaz islam ordusu ilә Azәrb. ordusunun birlәşmiş hәrbi qüvvәlәri 1918 ilin sentyabrında Bakını azad edәrkәn qәtlә yetirilmiş ermәni-daşnak terrorçularının intiqamını hәmin şәxslәrdәn almaq istәyirdilәr. Nәticәdә, 1920–22 illәr әrzindә AXC-nin keçmiş Baş naziri Fәtәli xan Xoyski, әdliyyә naziri Xәlil bәy Xasmәmmәdov, parlamentin sәdr müavini Hәsәn bәy Ağayev (hәr üçü Tiflisdә), daxili işlәr naziri Behbud bәy Cavanşir (İstanbulda), Osmanlı hökumәtinin keçmiş daxili işlәr naziri Tәlәt paşa, Trabzonun keçmiş valisi Camal Əzmi, “Tәşkilati-mәxsusә”nin yaradıcısı Bәhaәddin Şakir (hәr üçü Berlindә), Baş vәzir Sәid Hәlim paşa (Romada) vә b. qәtlә yetirildilәr. Bunlardan әlavә, türklәrә yardım etmiş bәzi ermәnilәr dә 1920 ildә İstanbulda öldürüldülәr.

    Анкаранын Есенбоьа щава лиманында АСАЛА
    тяшкилатынын тюрятдийи террор щаггында мялумат.
    “Миллиййят” гязети, 8 август 1982 ил.

    20-ci illәrin sonlarından 70-ci illәrәdәk E.t. özünü türklәrә münasibәtdә deyil, diaspor daxilindә liderlik uğrunda mübarizәdә daha çox büruzә verirdi. 1926 ildә Beyrut ş.-ndә yeni yaranmış ermәni mәhәllәlәrinә nәzarәt uğrunda mübarizә daşnak V.Vartapedyanın öldürülmәsi ilә nәticәlәndi. 1929 ildә buna cavab olaraq әvvәl Hnçaqın yaratdığı terror qruplaşmasının sıravi üzvü, 1933 ildә isә rәhbәri Ağazaryan qәtlә yetirildi. Hәmin ildә Nyu- Yorkda Müq. xaç apostol kilsәsindә xidmәtә başlayarkәn, arxiyepiskop L.Turyan  öldürüldü. Sui-qәsdi hәyata keçirәnlәrin bәzilәri tutularaq ömürlük vә uzunmuddәtli hәbs cәzasına mәhkum edildilәr. Onlardan alınmış mәlumatlara görә, Turyan hәmin ilin 1 iyulunda Çikaqoda keçirilәn sәrgi zamanı ermәni günü bayramına xeyir-dua verәrkәn, 1918–20-ci illәr Erm. Resp. bayrağının yığışdırılmasını tәlәb etmiş vә buna görә dә qәtlә yetirilmişdi. Bu hadisә ermәni diasporu arasında parçalanmaya sәbәb oldu. Belә ki, qәtlә yetirilmiş arxiyepiskop sovet hakimiyyәti ilә yaxşı münasibәtlәri olan Eçmiәdzinin dini hakimiyyәtini qәbul edirdi. Daşnakların tәsiri altında olan kilsәlәr isә 1955 ildә onların hakimiyyәtini rәdd edәrәk, Kilikiya katalikosluğunun rәhbәrliyi altına keçmişdilәr. Diaspor daxilindә liderlik uğrunda mübarizә Livanda Birinci vәtәndaş müharibәsi gedişindә, 1958 ilin may–oktyabr aylarında daha kәskin forma almışdı. Daşnaklar vә onların rәqiblәri müharibәdәn istifadә edәrәk öz aralarında savaşa başlamış, nәticәdә müharibәdә ölmüş 150 ermәnidәn 40-a yaxını mәhz bu savaşın qurbanı olmuşdu.

    E.t. 1970–80 illәrdә özünün növbәti yüksәliş mәrhәlәsinә çatmışdı. Diplomatik sahәdә qondarma “genosid”in intiqamını Türkiyәdәn ala bilmәyәn ermәni diasporu yenidәn özünün әnәnәvi metoduna – terror aktlarına qayıtmağa qәrar vermişdi. 1972 ildә Beyrutda Türkiyә sәfirliyinin poçt qutusu minalanmış, lakin tәsadüf nәticәsindә ölәn olmamışdı. 1973 ildә Türkiyәnin Los-Ancelesdәki Baş konsulu M.Baydur vә vitse-konsul B. Dәmir Santa-Barbara ş.- ndә 77 yaşlı mühәndis vә yazıçı Q.Yanikyan tәrәfindәn qәtlә yetirilmişdi. Hәbs olunmuş qatil mәhkәmәsini türklәrә qarşı nifrәt tamaşasına çevirmәk istәsә dә, hakim buna imkan vermәmişdi. Ömürlük hәbs cәzasına mәhkum olunmuş Yanikyan 1984 ildә ölümündәn bir ay әvvәl azad edilmişdi. Bu hadisә E.t.-nin tәbliği üçün әlverişli bәhanәyә çevrilmişdi: Livanda vәtәndaş müharibәsi gedişindә, qısa müddәt әrzindә bir neçә terrorçu tәşkilatı, o cümlәdәn ASALA vә JCAG yaradılmışdı.

    ASALA (ing. Armenian Secret Army for the Liberation of Armenia – Ermәnistanın Azadlığı uğrunda Gizli Ermәni Ordusu) 1975 ildә yaradılmış sol tәmayüllü terrorçu tәşkilatdır; mәnzil-qәrargahı Beyrutda, tәlim-mәşq bazaları isә Livanda vә Suriyada yerlәşirdi (bax ASALA). Hәyata keçirdiyi terror aktlarının sayına, әhatә dairәsinә vә qәddarlığına görә xüsusilә fәqlәnirdi. 1982 ildә İsrail–Livan qarşıdurması zamanı bu ölkәdә yerlәşәn әsas hәrbi düşәrgәlәrini tәrk etmәk mәcburiyyәtindә qalan, 15 iyul 1983 ildә Fransanın Orli aeroportunda hәyata keçirdiyi terror aktından (qәtlә yetirilmiş 8 nәfәrdәn yalnız 2- si Türkiyәnin, qalanları Qәrb ölkәlәrinin vәtәndaşları idi) sonra isә daxilindә parçalanma yaşayan tәşkilat iki qrupa ayrılmışdı. M. Melkonyanın başçılığı altında ASALA-RM vә A. Akopyanın rәhbәrlik etdiyi әsas qrup bir-birilә silahlı mübarizәyә başlayaraq çoxsaylı qәtllәr hәyata keçirmiş, bu zәmindә Daşnaksutyun partiyasının Livanda yaşayan yüksәk vәzifәli partiya üzvlәri öldürülmüşdü (1985). ABŞ Mәrkәzi Kәşfiyyat İdarәsi ermәni terror qrupları haqqında 1984 il hesabatı üzәrindәn mәxfilik qrifini götürdükdәn (2013) sonra mәlum olmuşdu ki, Qәrbi Avropa ölkәlәri E.t.-nә münasibәtdә ikili standartlar siyasәti yürütmüşdülәr. Belә ki, “bәzi Avropa ölkәlәri türklәri tәqib etmәk azadlığının verilmәsi müqabilindә bu ölkәlәrin yerli vәtәndaşlarına hücum edilmәmәsi haqqında ASALA ilә razılığa gәlmişdi”.

    JCAG (ing. Justice Commandos against Armenian Genocide – Ermәni Genosidinә Ədalәt Döyüşçülәri) 1975–82 illәrdә fәaliyyәt göstәrmiş terrorçu tәşkilat idi (mühafizәkar milliyyәtçi tәmayüllü olduğundan Daşnaksutyunla әlaqәlәndirilirdi). Mәqsәdi qondarma “ermәni genosidi”ni dünya birliyinә qәbul etdirmәk, türklәrә qarşı suiqәsdlәr törәtmәk yolu ilә bu “genosid”in intiqamını almaq idi. Türkiyәnin Fransadakı sәfiri vә sürücüsünün qәtli (1975), Türkiyәnin Vatikandakı sәfirinin qәtli (1977), Türkiyәnin İspaniyadakı sәfirinә hücum (1978), Türkiyәnin Niderlanddakı sәfirinin oğlunun vә Fransada Türkiyәnin turizm üzrә attaşesinin qәtli (1979), Türkiyәnin İsveçrәdәki sәfirinә hücum (1980), Türkiyәnin Kanadadakı hәrbi attaşesinin qәtli (1982) JCAG-ın hәyata keçirdiyi terror aktlarıdır. 1982 ildә Kaliforniya mәhkәmәsi Türkiyә konsulunu qәtlә yetirdiyinә görә H.Sasunyanı ömürlük hәbs cәzasına mәhkum etdikdәn sonra tәşkilat fәaliyyәtini başa çatdırmış, onu ARA әvәz etmişdi. Bir çoxları bu tәşkilatı JCAG-nin yeni adla bәrpa olunması kimi qiymәtlәndirmişlәr.

    ARA (ing. Armenian Revolutionary Army – Ermәni İnqilab Ordusu) 1983 ildә yaradılmış terrorçu tәşkilatdır. Mәqsәdi silahlı mübarizә yolu ilә qondarma “ermәni genosidi”nin intiqamını almaq olmuşdur. Brüsseldә türk diplomatının qәtli (14 iyul 1983), Lissabonda Türkiyә sәfirliyinin әlә keçirilmәsi (27 iyul 1983) vә bu zaman bir Portuqaliya polisinin, sәfirlik әmәkdaşlarından birinin arvadının qәtlә yetirilmәsi, diplomatlardan birinin uşağının yaralanması, Vyanada avtomobilini partlatmaqla türk diplomatının öldürülmәsi (20 iyun 1984), hәmin şәhәrdә milliyyәtcә türk olan BMT әmәkdaşının qәtli (19 noyabr 1984), Ottavada (Kanada) Türkiyә sәfirliyi binasının әlә keçirilmәsi (12 mart 1985) vә bu terror aktında yaxalanmış üç ermәninin mәhkum olunmasına cavab olaraq Parisdә “Eyr Kanada” aviaşirkәtinә mәxsus binanın әlә keçirilmәsi (1986) ARA-nın amansız terror aktlarıdır.

    NAR (ing. New Armenian Resistance – Yeni Ermәni Müqavimәti) 1977 ildә yaradılmış terrorçu tәşkilatdır. Belçikada, Fransada, İtaliyada, İsveçrәdә türklәrә, hәmçinin ingilis, yәhudi vә sovet şirkәtlәrinә qarşı hücumlar tәşkil etmişdir. Belçikada turizmlә mәşğul olan türk şirkәtinә silahlı basqından (1983) sonra fәaliyyәti haqqında mәlumat yoxdur. Ümumiyyәtlә, ayrı-ayrı vaxtlarda bu vә ya digәr ermәni tәşkilatının qanadı kimi qısa müddәtә meydana çıxmış çoxsaylı terror qruplaşmaları fәaliyyәt göstәrmişdir: “Ermәni Azadlıq Cәbhәsi” (1979), “Orli qrupu” (1981), “İntiharçılar eskadronu” (1981), “Ermәni Birliyi” (1988), “Ermәni Azadlıq Hәrәkatı” (1991), “9 İyun Qrupu” (1991), “Geqaron” (2001), “Apostol” (2001) vә s.

    E.t. 1970-ci illәrdә keçmiş SSRİ әrazisindә dә fәaliyyәtini aktivlәşdirmişdi. 8 yanvar 1977 ildә A.Stepanyan, Z.Baqdasaryan vә S.Zatikyandan ibarәt qruplaşma Moskvada (metroda, mağazada vә “25 Oktyabr” küçәsindә) eyni anda silsilә terror aktları hәyata keçirmiş, 7 nәfәr ölmüş, 37 nәfәr yaralanmışdı. Hәr üç terrorçu hәbs edildikdәn sonra mәlum olmuşdu ki, qruplaşma hәmin ilin 7 noyabrında (bayram günü) Moskvada irimiqyaslı terror aktı hәyata keçirmәyi dә planlaşdırmışdı. Erm.-ın o zamankı KP MK-nın 1-ci katibi S.Dәmirçiyan vә DTK-nın sәdri Yüzbaşyanın istintaq gedişinә yaratdıqları bütün maneәlәrә, tәzyiqlәrә baxmayaraq, 1979 ildә SSRİ Ali Mәhkәmәsi hәr üç terrorçunu ölüm cәzasına mәhkum etmiş vә cәza yerinә yetirilmişdi. Terrorçuların әsas ideoloqu S.Zatikyan ermәni diasporunun tanınmış nümayәndәsi, dissident P.Ayrikyanın yaxın qohumu olduğu üçün hüquq müdafiәçilәri, Moskva-Helsinki qrupunun bәzi üzvlәri (mәs., akad. A.D. Saxarov) mәhkәmә qәrarına qarşı çıxaraq, günahlarının sübut olunmadığını iddia etmiş, hәtta dünya ictimaiyyәtinin diqqәtini bu işә cәlb etmәk mәqsәdilә aclıq aksiyası da keçirmişdilәr.

    1980-ci illәrin sonlarından Ermәnistan– Azәrbaycan Dağlıq Qarabağ münaqişәsinin  başlaması ilә E.t.-nin әsas diqqәti bütövlükdә Qafqaz regionuna, xüsusilә Azәrb.-a yönәlmişdi. SSRİ vә Erm. SSR dağılandan sonra Erm. Resp.-nın dövlәt sәviyyәsindә fәal dәstәyi ilә Azәrb.-ın dinc әhalisinә qarşı bir çox terror aktları hәyata keçirilmiş, minlәrlә insan qәtlә yetirilmiş, mülki obyektlәrә külli miqdarda zәrәr vurulmuşdu. Bu illәr әrzindә törәdilәn terror aktlarının tәşkilatçıları vә icraçıları әsasәn Erm.-ın xüsusi xidmәt orqanları vә xarici ölkәlәrdәn bu mәqsәdlә bölgәyә gәlmiş ermәni terrorçuları idilәr. Mәs., 1983 ildә Parisin Orli aeroportunda terror aktı hәyata keçirmiş, buna görә ömürlük hәbs cәzasına mәhkum edilmiş V.Qarabedyan Erm. Resp.-nın vә ermәni diasporunun Fransa rәsmilәri ilә danışıqları nәticәsindә 2001 ildә hәbsdәn azad edilәrәk Erm.-da rәsmi sığınacaq almışdı. Fransada 1985 ildә 6 il hәbs cәzasına mәhkum olunmuş digәr qatı terrorçu M.Melkonyan eynilә Erm. rәsmi dairәlәrinin fәal yardımı ilә 1989 ildә azad edilәrәk Dağlıq Qarabağda gedәn döyüşlәrә qatılmış, 1993 ildә Azәrb. ordusunun keçirdiyi uğurlu hәrbi әmәliyyat nәticәsindә mәhv edilmişdi. Digәr terrorçu, Daşnaksutyunun terrorçu qruplaşmalarından biri olan “Dro”nun üzvü Q.Markaryan Qarabağ әrazisindә terror dәstәlәrinin yaradılmasında vә silahlandırılmasında fәal iştirak etmişdi. Parisdә Türkiyә sәfirliyinә hücumun (1981) tәşkilatçısı V.Sislyana 1992 ildә Dağlıq Qarabağda azәrb.-lara qarşı qәddar terror әmәliyyatları hәyata keçirdiyinә görә “Qarabağ müharibәsi qәhrәmanı” adı verilmişdi.

    Bu illәrdә xüsusilә hava vә dәniz yollarında, d.y. vә avtomobil nәql. vasitәlәrindә, ayrı-ayrı vәtәndaşların şәxsi avtomobillәrindә bir çox terror aktları baş vermişdi. Bakıda 106 saylı marşrut avtobusunda (1984 il; 1 nәfәr hәlak olmuş, 3 nәfәr yaralanmışdı), Erm.-ın Spitak r-nu, Quqark ş.-i yaxınlığında zәlzәlәdәn zәrәrçәkmiş ermәnilәrә yardım mәqsәdilә Azәrb.-dan göndәrilmiş İL-76 tәyyarәsindә (12 dekabr 1988 il; 76 nәfәr hәlak olmuşdu), “Tbilisi–Bakı” marşrutu ilә hәrәkәt edәn sәrnişin avtobusunda (16 sentyabr 1989 il; 5 nәfәr hәlak olmuş, 25 nәfәr yaralanmışdı), Yevlax–Laçın yolunun 105-ci km.-liyindә “Şuşa–Bakı” marşrutu ilә hәrәkәt edәn avtobusda (13 fevral 1990 il; 13 nәfәr yaralanmışdı), “Tәrtәr–Kәlbәcәr” sәrnişin avtobusunda (11 iyul 1990 il; 8 nәfәr hәlak olmuş, 23 nәfәr yaralanmışdı), “Tbilisi–Ağdam” marşrutu ilә hәrәkәt edәn sәrnişin avtobusunda vә “Şamxor–Gәncә” avtomobil yolunda, Nadel k. yaxınlığında sәrnişin avtobusunda (10 avqust 1990 il;  birincidә 20 nәfәr hәlak olmuş, 30 nәfәr yaralanmış, ikincidә 17 nәfәr hәlak olmuş, 26 nәfәr yaralanmışdı), Əsgәran r-nu, Ağa körpü әrazisindә Şuşadan Xankәndi aeroportuna gedәn avtobusda (30 noyabr 1990 il; 2 nәfәr hәlak olmuş, 11 nәfәr yaralanmışdı), “Ağdam–Şuşa” marşrutu ilә hәrәkәt edәn avtobusda (14 mart 1991 il; 3 nәfәr hәlak olmuş, 4 nәfәr yaralanmışdı), RF Dağ. Resp.-nın Xasavyurt d.y. st. yaxınlığında “Moskva–Bakı” sәrnişin qatarında (30 may 1991 il; 11 nәfәr hәlak olmuş, 22 nәfәr yaralanmışdı), “Yevlax– Laçın” avtomobil yolunun 106-cı km- liyindә “UAZ-469” markalı avtomobildә (19 iyun 1991 il; 3 nәfәr hәlak olmuş, 3 nәfәr yaralanmışdı), RF Dağ. Resp.-nın Temirtau d.y. st. yaxınlığında “Moskva– Bakı” sәrnişin qatarında (31 iyul 1991 il; 16 nәfәr hәlak olmuş, 20 nәfәr yaralanmışdı), Hadrut r-nu Dolanlar k.-dә “QAZ- 53” markalı avtomobildә (2 avqust 1991 il; 4 nәfәr hәlak olmuş, 8 nәfәr yaralanmışdı), Hadrut r-nu Şadaxt k. yaxınlığında sәrnişin avtobusunda (21 avqust 1991 il; 2 nәfәr hәlak olmuş, 10 nәfәr yaralanmışdı), “Ağdam–Xocavәnd” vә “Ağdam–Qaradağlı” marşrutu ilә işlәyәn avtobuslarda (8 sentyabr 1991 il; birincidә 5 nәfәr hәlak olmuş, 34 nәfәr yaralanmış, ikincidә 6 nәfәr hәlak olmuş, 36 nәfәr yaralanmışdı; ümumilikdә Qaradağlı k.-nin 77 nәfәr mülki sakini terror qurbanı olmuşdu), “Yevlax–Laçın” yolunda “VAZ-2106” markalı avtomobildә (26 sentyabr 1991 il; 2 nәfәr hәlak olmuş, 14 nәfәr yaralanmışdı), Ağdәrә r-nunun, Sırxavәnd k. yaxınlığında “UAZ-469” markalı avtomobildә (19 oktyabr 1991 il; 3 nәfәr hәlak olmuş, 2 nәfәr yaralanmışdı), Xocavәnd r-nunun, Qarakәnd k. yaxınlığında “Mİ-8” helikopterindә (20 noyabr 1991 il; Azәrb.-nın görkәmli dövlәt vә hökumәt nümayәndәlәrindәn, rusiyalı vә qazaxıstanlı müşahidәçilәrdәn ibarәt 19 nәfәrlik nümayәndә heyәti hәlak olmuşdu), “Şuşa–Laçın” yolunun 4-cü km-liyindә “ZİL-130” vә “Moskviç” avtomobillәrindә (26 dekabr 1991 il; 5 nәfәr hәlak olmuş, 4 nәfәr yaralanmışdı), Tür.-dan “Krasnovodsk–Bakı” marşrutu ilә üzәn sәrnişin bәrәsindә (8 yanvar 1992 il; 25 nәfәr hәlak olmuş, 88 nәfәr yaralanmışdı), “Ağdam– Şuşa” marşrutu ilә uçan “Mİ-8” helikopterindә (28 yanvar 1992 il; çoxu qadın vә uşaq olan 44 nәfәr hәlak olmuşdu), Qazax r-nunda “UAZ-469” markalı avtomobildә (22 mart 1992 il; 3 nәfәr hәlak olmuş, 2 nәfәr yaralanmışdı), “KAMAZ-5410” markalı avtomobildә (28 mart 1992 il; 3 nәfәr hәlak olmuş, 2 nәfәr yaralanmışdı), “Qazax–Cәfәrli” yolunun 10-cu km-liyindә “VAZ” markalı avtomobildә (18 aprel 1992 il; 2 nәfәr yaralanmışdı), Zәngilan r- nunun Qarançı k. yaxınlığında “UAZ-469” markalı avtomobildә (20 may 1992 il; 2 nәfәr hәlak olmuş, 2 nәfәr yaralanmışdı), RF Çeçen Resp. Qudermes d.y. st. yaxınlığında “Kislovodsk–Bakı” sәrnişin qatarında (28 fevral 1993 il; 11 nәfәr hәlak olmuş, 18 nәfәr yaralanmışdı), Bakı d.y. vağzalında sәrnişin qatarında (2 iyun 1993 il; dövlәtә külli miqdarda maddi ziyan dәymişdi), Hadrut r-nunda “ZİL” markalı avtomobildә (30 avqust 1993 il; 2 nәfәr hәlak olmuşdu) vә hәmin r-nda bir neçә gün sonra “QAZ-66” markalı sәrnişin avtobusunda (4 nәfәr hәlak olmuş, 8 nәfәr yaralanmışdı), Bakı d.y. vağzalında “Kislovodsk–Bakı” sәrnişin qatarında (1 fevral 1994 il; 3 nәfәr hәlak olmuş, 20 nәfәr yaralanmışdı), Xankәndi ş. yaxınlığında İrana mәxsus “Herkules” tipli tәyyarәdә (18 mart 1994 il; 34 nәfәr hәlak olmuşdu), Bakı metropoliteninin “20 Yanvar” st.-nda (19 mart 1994 il; 14 nәfәr hәlak olmuş, 49 nәfәr yaralanmışdı), RF Dağ. Resp. әrazisindә “Daqestanskie oqni” d.y. st. yaxınlığında “Moskva–Bakı” sәrnişin qatarında (13 aprel 1994 il; 6 nәfәr hәlak olmuş, 3 nәfәr yaralanmışdı), Bakı metropoliteninin “28 May” vә “Gәnclik” st. arasında sәrnişin qatarında (3 iyul 1994 il; 13 nәfәr hәlak olmuş, 42 nәfәr yaralanmışdı) vә s. yerlәrdә, elәcә dә ayrı-ayrı mülki şәxslәrә (1988–94 illәrdә 1250 nәfәr hәlak olmuş, 1283 nәfәr yaralanmış, 65 nәfәr itkin düşmüşdü), mülki vә dövlәt obyektlәrinә qarşı törәdilәn terror hadisәlәrini Erm. Resp. Milli Tәhlükәsizlik Baş İdarәsi, hәmçinin Müdafiә Nazirliyinin kәşfiyyat idarәsi planlaşdırmış vә maliyyәlәşdirmişdi. Terrorçuların bir çoxu isә Erm.-ın Nairi r-nunun Lusakert qәs.-ndәki tәlim-mәşq bazasında xüsusi terror-tәxribat hazırlığı keçmişdilәr (mәs., Bakı metropoliteninin “28 May” st.-nda törәdilmiş terror aktının icraçıları olan “Sadval” separatçı lәzgi tәşkilatının 30 nәfәr üzvü 1992 ilin aprel–may aylarında hәmin bazada hazırlanmışdılar). Terrorçuluq fәaliyyәti Erm.-ın dövlәt hakimiyyәti üçün siyasi mәqsәdlәrә çatmaq vasitәsinә çevrilmiş, bir çox hallarda isә müxtәlif ölkәlәrdә aktiv fәaliyyәt göstәrәn ermәni diasporu vә lobbisindәn maliyyә yardımları almaq üçün istifadә edilmişdir.

    Hazırda Azәrb. Resp.-nın 20% әrazisi ermәni hәrbi birlәşmәlәrinin vә silahlı terrorçu qruplaşmalarının nәzarәti altındadır. Bu әrazilәrdә 900-ә yaxın yaşayış mәntәqәsi, 22 muzey vә 4 rәsm qalereyası, tarixi әhәmiyyәti olan 9 tikili, 40 min muzey eksponatı, 44 mәbәd vә 9 mәscid dağıdılmış, 927 kitabxana, 4,6 mln. kitab vә nadir әlyazmalar mәhv edilmişdir. Ümumilikdә, Azәrb.-la bağlı 373 terror aktı törәdilmiş, 2000 nәfәrdәn artıq insan hәlak olmuş, 1705 nәfәr yaralanmışdır. 1980-ci illәrin sonlarından bu günәdәk Ermәnistan– Azәrbaycan Dağlıq Qarabağ münaqişәsi gedişindә 20000 nәfәrdәn çox azәrb. hәlak olmuş, 100000 nәfәrdәn çox yaralanmış, 50000  nәfәr  müxtәlif  bәdәn  xәsarәtlәri alaraq әlil olmuşlar. Münaqişә dövründә 4853 nәfәr itkin düşmüş, onlardan 1357 nәfәr әsirlikdәn azad edilmiş, 783 nәfәr isә hәlә dә әsirlikdәdir. Beynәlxalq Qırmızı Xaç Komitәsinin mәlumatlarına görә, 439 nәfәr әsirlikdә qәtlә yetirilmişdir.

    1918 илдя Бакыны ермяни ишьалындан азад едяркян шящид олмуш тцрк ясэярляринин
    хатирясиня уъалдылмыш абидя. Бакы.

    Ermәni diasporu vә lobbisinin E.t. ilә әlaqәri. Xaricdә ümumi sayı tәqr. 5 mln.-a çatan ermәnilәr Livanda vә Abxaziyada sayca ikinci, Suriyada vә İordaniyada üçüncü xalqdır (ermәni dili Livanda, ABŞın Kaliforniya ştatında rәsmi dillәrdәn biridir). Diaspora xüsusilә 20 әsrin 20-ci illәrindәn sürәtlә böyümәyә başlamışdır. Hazırda Rusiya Federasiyasında (Şimali Qafqaz federal dairәsi vә Moskva), Ukr.-da (Odessa vә Sevastopol), Gürc.-da (Tbilisi, Batumi vә Axalkalaki r-nu), Bolqarıstanda (Plovdiv), Yunanıstanda (Afina), Livanda (Beyrut), Suriyada (Hәlәb), İsraildә (Qüds), Avropa qitәsindә (Fransada, Almaniyada, İtaliyada, Niderlandda), elәcә dә Şimali vә Cәnubi Amerikada, Hindistanda, Avstraliyada, Yeni Zelandiyada, Afrika qitәsindә (Sudanda, Cәnubi Afrika Resp.-nda, Efiopiyada), Uzaq Şәrq regionunda – Sinqapurda, Birmada, Honqkonqda ermәni icmaları vardır. Tәkcә ABŞ-da ermәni icması 23 qәzet vә jurnala, bir neçә nәşriyyat evinә, radio vә televiziya kanallarına malikdir; onların canfәşanlığı nәticәsindә Erm. Resp. hәr il ABŞ-dan orta hesabla 200 mln. dollar yardım alır.

    Ermәni diasporunun әsas mәqsәdi yerlәşdiyi ölkәnin siyasi, iqtisadi, mәdәni hәyatında fәal iştirak etmәklә, onun daxili vә xarici siyasәtinә tәsir göstәrmәk, ermәni mәsәlәsinin aktuallığını qoruyub saxlamaq, diaspor tәşkilatları, elәcә dә Erm. Resp. vә qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) üçün maliyyә vәsaitlәri toplamaq, Türkiyәyә qarşı qondarma “soyqırımı” iddiasını rәsmi sәviyyәdә tanıtmaq, bu ölkәyә vә Azәrb.-a qarşı törәtdiyi terror aktlarına, hәmçinin irәli sürdüyü әrazi iddialarına don geyindirmәkdir. Mәs., Osmanlı imperiyasında “ermәnilәrin kütlәvi şәkildә qәtl edilmәsi” (“soyqırımı” ifadәsi İkinci dünya müharibәsi bitәndәn, yәhudilәr bu sözü ilk dәfә işlәtdikdәn sonra istifadә olunmağa başlanmışdır) haqqında ilk qәtnamә layihәsi ABŞ Konqresinә 1924 ildә tәqdim olunmuşdu. Birinci dünya müharibәsindәn sonra ermәni diasporu daha çox ABŞ-da aktiv fәaliyyәt göstәrmiş vә bu fәaliyyәtin әsas mәqsәdi ABŞ-ın yeni yaranmış Türkiyә Cümhuriyyәti ilә siyasi, iqtisadi, diplomatik әlaqәlәr qurmasına maneçilik törәtmәk olmuşdu. Bu işlә mәşğul olmaq üçün “Lozanna müqavilәsinә qarşı Amerika komitәsi” (“American committee opposed to the Lausanne Treaty”) adlı lobbi qrupu yaradılmış vә tәrkibinә Amerika ermәnilәri ilә yanaşı, dini liderlәr, Konqres vә müxtәlif xeyriyyә tәşkilatlarının üzvlәri daxil edilmişdi. Bu qrup Senatda özünә bir neçә tәrәfdar toplaya bilsә dә, ABŞ Dövlәt Departamenti 1927 ildә Türkiyә Cümhuriyyәtini rәsmәn tanımış, Senat isә bir il sonra qәrarı tәsdiqlәmişdi.

    Ermәnilәrin İkinci dünya müharibәsindәn sonra yaratdığı “Evsiz Ermәnilәr üzrә Amerika Milli Komitәsi” (“American National Committee for Homeless Armenians”) ABŞ-a mühacirәt kvotalarını tәnzimlәyәn “Conson-Rid immiqrasiya aktı”nın (1924) qәbulundan sonra ermәnilәrin Amerikaya mühacirәtini tәşkil etmәk mәqsәdilә qurulmuş vә 25000 ermәninin bu ölkәyә köçәrәk yerli cәmiyyәtә adaptasiya olunmasına şәrait yaratmışdı.

    Ermәni diasporunun әsas fәaliyyәt sahәlәrindәn biri dünyanın müxtәlif yerlәrindә E.t.-ni dәstәklәmәk, ona maliyyә yardımları göstәrmәk, hәyata keçirdiklәri terror aktlarına bәraәt qazandırmaqdır. 1918 ildә Daşnaksutyun bu mәqsәdlә “Ermәnistanın Müstәqilliyinә Dәstәk üzrә Amerika komitәsi” (“American Committee for the İndependence of Armenia – ACİA) adlı lobbi tәşkilatını yaratdı. 1972 ildә isә daşnaklara qarşı çıxan, yürütdüyü siyasәti bәyәnmәyәn diaspora nümayәndәlәri “Amerikanın Ermәni Assambleyası”nı (“Armenian Assambly of America – AAA) yaratdılar. AAA-nın tәsisçilәri “C. Vaşinqton Un-tinin ermәni әsilli iki prof.-u – Stiven Muqar (Stephen Mugar) vә Hirayir Hovanyandır (Hirair Hovanian). Hazırda “Amerika Ermәni Milli Komitәsi” (Armenian National Comittee of America, ANCA; ACİA-nın sonradan dәyişdirilmiş adı) vә AAA ayrı-ayrılıqda fәaliyyәt göstәrir. Hәr ikisinin mәnzil-qәrargahı Vaşinqtonda yerlәşir vә Yerevanda, Xankәndindә nümayәndәliklәri vardır. ANCA ABŞ-ın 25 ştatında 45 filiala vә iki [q.-dә Olendeyl (Kaliforniya), ş.-dә Utertan (Massaçusets) ş.-ndә] regional ofisә malikdir. Aylıq “Zaqafqazye: xronologiya” jurnalını dәrc edir, “Hairenik” vә “Armenian weekly” qәzetlәri ilә yaxın әlaqәlәrә malikdir. Daşnaksutyunun hәftәlik “Azbarez” jurnalı da var. AAA 3,5 mln. dollarlıq illik büdcәyә malikdir vә sıralarında 10000 üzvü birlәşdirir. Beverli Hillzdә (Kaliforniya) regional, Nyu-Yorkda isә BMT ilә bağlı mәsәlәlәrlә mәşğul olan ofisi fәaliyyәt göstәrir. Kütlәvi informasiya vasitәlәrindәn “Massis Weekly”, “Armenian Liberty”,  “Snark New Agency” vә “Armenian New” AAA-nın tәsiri altında fәaliyyәt göstәrir.

    Ermәni diasporu vә lobbisinin fәaliyyәti nәticәsindә Ermәnistan–Azәrbaycan Dağlıq Qarabağ münaqişәsinin başladığı ilk illәrdә ABŞ yalnız ermәnilәrin mövqeyini әks etdirәn mәlumatlar almışdır. Nәticәdә, ABŞ hökumәti Erm.-ı 1991 ilin dekabrında, Azәrb.-ı isә  1992 ilin  fevralında tanımışdır. Ermәni lobbisinin әsas vәzifәlәrindәn biri dә qondarma “DQR”-in rәsmәn tanınması vә ona birbaşa maliyyә yardımlarının göstәrilmәsinә nail olmaqdır. Bu mәqsәdlә 1990–94 illәr әrzindә ABŞ- da 10 mln.-larla dollar hәcmindә vәsait toplanıb Erm.-a göndәrilmişdir. Daşnaksutyun vә ANCA bu illәrdә müxtәlif ölkәlәrdәn yüzlәrlә muzdlu terrorçu dәstәlәrini maliyyәlәşdirib Erm.-a vә işğal olunmuş Azәrb. әrazilәrinә çatdırmış, hәmçinin ermәni ordusu vә digәr silahlı birlәşmәlәri üçün silah-sursat almışdır. Ermәni lobbisi ABŞ hökumәtinin qondarma resp.-ya birbaşa maliyyә yardımları ayırmasına nail olmuş, yardımın göstәrildiyi illәr әrzindә Erm. Resp. vә separatçı rejim birlikdә 100 mln.-larla dollar hәcmindә vәsait almışdır.

    Ermәni diasporu 1992 ildә ABŞ Konqresindә “Azadlığa dәstәk aktı”na (“Freedom Support Act”) 907-ci düzәlişi qәbul etdirmişdir. Bu sәnәd keçmiş sovet respublikalarına iqtisadi-maliyyә yardımlarının edilmәsini nәzәrdә tutsa da, ermәni lobbisinin sәylәri nәticәsindә hәmin düzәlişdәn sonra Azәrb. Resp.-na ABŞ hökumәti tәrәfindәn hәr hansı iqtisadi yardımın göstәrilmәsi qadağan olunmuşdur. Düzәlişә sәbәb kimi Azәrb. Resp.-nın Erm.-ı vә “DQR”-i blokadaya alması göstәrilir, lakin Erm. Resp.-nın Naxçıvan Muxtar Resp.-nı blokadada saxladığı faktı sәnәddә әksini tapmır. “Blokada” termini yaranmış vәziyyәti düzgün әks etdirmir. Çünki Erm. Resp. İran İslam Resp. vә Gürc. Resp. ilә sıx iqtisadi әlaqәlәrә malikdir vә onların vasitәsilә dünya bazarlarına çıxış әldә etmәk imkanı var. Düzәliş qәbul olunan zaman ABŞ-da Azәrb. Resp.-nın sәfirliyi mövcud olmamış vә ölkәnin mövqeyi öyrәnilmәmişdi. 2001 il 11 sentyabr terror hadisәsindәn sonra Azәrb.-ın beynәlxalq terrorizmlә mübarizәdә dәstәyini tәmin etmәk mәqsәdilә, hәmçinin Azәrb. Resp.-nın vә bu ölkәdәki Azәrbaycan-türk diasporunun çoxsaylı müraciәtlәrindәn sonra ABŞ Konqresi prezidentә düzәlişin hüquqi qüvvәsini dayandırmaq sәlahiyyәti vermişdir. Hәmin tarixdәn hәr il ABŞ Prezidenti bu sәlahiyyәtindәn istifadә edir.

    Avropa ölkәlәrindә “ermәni soyqırımı”nın tanıdılması ermәni diasporunun vә lobbisinin әsas fәaliyyәt istiqamәtidir. Bu mәqsәdlә “Ədalәt vә Demokratiya naminә Avropa Ermәni Federasiyası” (ƏDAEF) vә “Ermәnistanın Avropalı Dostları” tәşkilatları yaradılmışdır. ƏDAEF-in mәqsәdi Avropa in-tları vә Avropa İttifaqı daxilindәki ermәni icmaları arasında vasitәçi rolunu oynamaq, hәmin institutlar daxilindә icmaların mövqelәrini tәbliğ etmәk, Erm. Resp. ilә bağlı siyasi vә strateji mәsәlәlәrin Avropa İttifaqında daha yaxşı anlaşılmasına nail olmaq vә s.-dir. Bu günә qәdәr İttifaqa üzv 28 ölkәdәn 10-u (Belçika, Kipr, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Litva, Niderland, Polşa, İsveç) qondarma “soyqırım”ı tanımışdır. Ermәni diasporu vә lobbisi Fransa Resp.-nda xüsusilә yaxşı tәşkilatlanmış vә aktiv fәaliyyәt göstәrir. Onlar Patrik Devadjiyan vә Eduard Balladur (1993–95 illәrdә Fransanın Baş naziri) kimi ermәni mәnşәli fransız siyasәtçilәri ilә sıx bağlıdırlar. Ölkәdә 500 min ermәni mәnşәli fransızın dәstәyinә arxalanan “Fransanın Ermәni Tәşkilatlarının Koordinasiya Şurası” (“Conseil de Coordination des Organisations Armeniennes de France”) fәaliyyәt göstәrir. Bu fәaliyyәt nәticәsindә Fransa nәinki “soyqırımı” tanımış (29 yanvar 2011 il), hәmçinin 2012 ilin yanvarında “soyqırımı”n inkarını cinayәt hesab edәn qanun qәbul etmişdir; qanuna әsasәn, onu inkar edәnlәr üçün 1 il hәbs cәzası vә 45000 avro cәrimә nәzәrdә tutulur.

    Rusiya Federasiyası dünyada әn böyük – 2,5 mln.-luq ermәni icmasına malikdir. Onlar, әsasәn, Moskva ş.-ndә, Krasnodar, Stavropol diyarlarında vә Rostov vil.-indә kompakt şәkildә yaşayırlar. “Rusiya Ermәnilәri İttifaqı” (REİ) Rusiya ermәnilәrini әtrafında birlәşdirәn әn böyük tәşkilatdır (16.6.2000). Ölkәnin 63 vil., diyar vә resp.- nda REİ-nin regional şöbәlәri mövcuddur. Tәşkilatın әsas fәaliyyәt istiqamәti Erm. Resp.-na vә Dağlıq Qarabağdakı separatçı rejimә iqtisadi-maliyyә yardımlarının göstәrilmәsidir. Bu yardımlar Rusiyanın dövlәt strukturları, hәmçinin ölkәdә yaşayan ermәni mәnşәli iş adamları vasitәsilә hәyata keçirilir. Diaspora müxtәlif dövlәt idarәlәri vә nazirliklәrdә, elәcә dә RF Federal Mәclisindә sıx әlaqәlәrә malikdir vә onların vasitәsilә Erm. Resp.-nın siyasi, iqtisadi, hәrbi maraqlarına cavab verәn bir sıra layihәlәrin hәyata keçirilmәsinә nail olmuşdur.

    Ermәni diasporunun әksәriyyәt etibarilә milli, irqi vә dini ayrı-seçkilik, türk düşmәnçiliyi ideyalarına әsaslanmasına baxmayaraq,  diasporun  ayrı-ayrı  vaxtlarda ermәni siyasәtçilәrinin hәqiqi simasını üzә çıxaran, terrorçu fәaliyyәtlәrini ifşa edәn bir sıra nümayәndәlәri dә vardır. Onlardan biri ermәni mәnşәli Amerika yazıçısı Armen Melikyandır. O, 2002 ildә ABŞ hökumәti tәrәfindәn Erm.-a göndәrilәrәk orada ermәni әdәbiyyatının epik әnәnәlәrini tәdqiq etmiş vә nәticәdә “Vingerland sәyahәti” adlı roman yazmışdır. 2011 ildә Erm. Resp.-nın xüsusi xidmәt orqanları tәrәfindәn kitabın әlyazması әlә keçirilmiş vә bundan sonra müәllif tәqiblәrә mәruz qalaraq ölkәdәn qaçmağa mәcbur olmuşdur. ABŞ-da kitab tamamlanmış vә müxtәlif müsabiqәlәrdә 11 әdәbiyyat mükafatına layiq görülmüşdür. Əsәr hazırda Erm. Resp.-nda vә qondarma “DQR”-dә mövcud olan ekstremist, terrorçu-tәxribatçı rejimlәri ifşa edir. A. Melikyan diasporun digәr nümayәndәsi – Stokholm ş.-ndә yaşayan vә Xocalı soyqırımına görә Azәrb.-dan üzr istәyәn Vahe Avetiyanla yaxın münasibәtlәrә malikdir.

    Əd.: Kәngәrli Q. Ermәni lobbisi... Azәrbaycan faciәsi. B., 1992; Hardan gәldik, hara gedirik...: Xatirә, müsahibә vә müxtәlif sәnәdlәr. B., 1993; Deportasiya: Azәrbaycanlıların Ermәnistan әrazisindәki tarixi-etnik torpaqlarından deportasiyası. B., 1998; Aр тамонов И. Tерроризм. Способы предотвращения, методика расследования. M., 2002; Seyid z a d ә D. Azәrbaycan XX әsrin әvvәllәrindә: müstәqilliyә aparan yollar. B., 2004; Kинросс Л. Рассвет и упадок Османской империи. M., 2005.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç