ERMƏNİ YAZISI – fonetik yazı. Mesrop Maştos tәrәfindәn tәqr. 405–406 illәrdә tәrtib edilmişdir. E.y. xristianlığın yayılması ilә әlaqәdar olaraq meydana gәlmişdir. Mәnbәyi vә prototipinin xarakteri dәqiq müәyyәnlәşdirilmәmişdir. İstiqamәtin soldan sağa olması, sait sәslәrin işarәlәrinin sayı, hәrflәrin ayrı yazılması vә onların rәqәm mәnasını vermәsi yunan fonetik yazısının tәsiri hesab edilir. Daniil vә arami yazılarından, pәhlәvi kursivindәn dә istifadә edildiyi ehtimal olunur. Əvvәllәr 36 hәrfdәn ibarәt olmuşdur. 12 әsrdә әlifbaya “f”, “o”, daha sonralar isә “u” hәrflәri әlavә edilmişdir. E.y.-nın hәrflәri әrәb rәqәmlәrinә keçәnәdәk hәmçinin say mәnasını ifadә edirdi. Müasir E.y. 39 hәrfdәn ibarәtdir. Qrafikası tarixәn xeyli dәyişikliyә uğramışdır; әvvәllәr çıxıntılı cizgilәri olan hәrflәr tәdricәn dәyirmi formasına düşәrәk sürәtli yazı şәklinә salınmışdır.