DİK-DİK (Madoqua) – boşbuynuzlular fәsilәsinin әn kiçik nümayәndәlәrini birlәşdirәn mәmәlilәr cinsi. Bәdәninin uz. 45–80 sm, hünd. 30–45 sm, kütlәsi 2–6,5 kq; dişilәri iridir. Qamәti yaraşıqlıdır. Burnu çox hәrәkidir; Günter D.-i (M. guentheri) vә adi D.-dә (M. kirki) o, kiçik xortumcuq әmәlә gәtirir. Buynuzlar (ancaq erkәklәrdә), demәk olar ki, düzdür; uz. 11 sm-әdәk, köndәlәn kәsiyindә dәyirmidir. Başında cod tüklü kәkil var. Belinin rәngi bozumtul-ağdan tünd qırmızıya qәdәr dәyişir. “Dik-dik” sәslә qışqırır (adı da buradandır). 4 növü var; Şәrqi vә Cәnub-Qәrbi Afrikada yayılmışdır. Sıx kolluqlarda vә seyrәk meşәlәrdә yaşayır; 3000 m hünd.-yә qәdәr dağlara qalxır. Gündüz vә toranlıqda fәaldır, cüt-cüt gәzir, erkәklәr gözönü vәzilәrin şirәsi vә ekskrementi ilә tutduğu әrazini nişanlayırlar. Kolların zoğu, yarpaqları vә ot bitkilәri ilә qidalanır. Uzun müddәt susuz qala bilir. Yaş yarımlıqda cinsi yetkinliyә çatır. Bir bala doğur. 20 әsrin ortalarında sayı çoxaldığından ov obyekti olmuşdur. Bütün növlәri BTMİ-nin “Qırmızı kitab”ına salınmışdır.
Ади дик-дик (Мадогуа кирки).