Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DİLAN

    DİLAN (Dylan) Bob (әsl adı vә soyadı Robert Allen Simmerman; d. 24.5.1941, ABŞ, Minnesota ştatı, Dulut) – Amerika musiqiçisi, şair, bәstәkar, gitaraçı-müğәnni. Nobel mükafatı laureatı (2016). Xırda tacir ailәsindә doğulmuşdur. Uşaq yaşlarından musiqinin blüz janrı ilә maraqlanmış, bu dövrdә ilk şeirlәrini yazmışdır. Musiqi dәrslәrini Minnesota Un-tinә daxil olduqdan sonra da davam etdirmişdir. Yaradıcılığına Vudi Qatrinin güclü tәsiri olmuşdur. D. 1961 ildә Nyu-Yorka gәlmiş, 1962 ildә “Bob Dylan” adlı ilk albomunu buraxmışdır. Alboma, әsasәn, klassik folk vә blüz musiqisi vә özünün iki mahnısı daxil
    edilmişdir. “The Freemheelin Bob Dylan” adlı ikinci albomunun mәşhur “Bitlz” qrupuna böyük tәsiri olmuşdur. “The Times They Are A- Changing” (1964) adlı albomunda blüz, ritm-end-blüz melodiyaları, “Bringing it All Back Home” (1965) albomunda isә folk-rok musiqisi toplanmışdır. D. 1965–66 illәrdә “Tarantul” adlı eksperimental romanını yazmışdır (1971 ildә nәşr edilmişdir). D. 20 әsr Amerika mәdәniyyәtin dә böyük hadisә olan özünәmәxsus roktrilogiyanın (“Bringing it All Back Home”, “Highway 61 Revisited”, “Blonde on Blonde”) müәllifidir. Yeni mahnılardan ibarәt “John Westley Harding” (1967) adlı albomu ilә populyar musiqidә yeni cәrәyan olan kantri-rokun әsasını qoymuşdur. 1997 ilin sonlarında D. “Time Out of Mind” albomunu buraxmışdır. Albom 1998 ildә üç “Qremmi” mükafatı almışdır. 2006 ildә “Modern Times” albomu (“Qremmi” mükafatı) dinlәyicilәrә tәqdim olunmuşdur. 1950-ci illәrin axırı – 1960-cı illәrin әvvәllәrindә F.Sinatranın ifa etdiyi mahnıların yeni versiyası olan “Shadows in the night” (2015) albomu böyük uğur qazanmışdır. D.-ın aktyor kimi kinoda debütü “Pet erret vә Bill Kid” (1973) filmindә olmuşdur; hәmin film üçün “Knockin on Heaven’s Door” himnini yazmışdır. D. kinorejissor kimi iki film çәkmişdir: öz qastrollarına hәsr olunmuş “Sәnәdi ye” (1972) vә “Renal do vә Klara” (1978). “Vunderkindlәr” filminә yazdığı “Things Have Changed” adlı yeni mahnıya görә “Qızıl qlobus” (2000) vә “Oskar” (2001) mükafatlarına layiq görülmüşdür. Boyakarlığa hәvәs göstәrmişdir. 2013 ildә Fәxri legion ordeni ilә tәltif olunmuşdur. 2005 ildә rej. M.Skorseze D.-ın hәyatı vә yaradıcılığı haqda “Evә yol yoxdur” adlı sәnәdli televiziya filmini çәkmişdir. 2016 ildә Amerika mahnı әnәnәsindә yeni poetik ifadәlәr yaratdığına görә Nobel mükafatına layiq görülmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV