DİLӘLİ MÜSKӘNLİ – Azәrb. Resp. Qubadlı r-nunun Dondarlı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 6 km c.-ş.-dә, Bәrgüşad çayının sol sahilindә, dağәtәyi әrazidәdir. Әh. 346 (2011); işğaldan (1993, avqust) әvvәl heyvandarlıq vә әkinçiliklә mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama mәntәqәsi var idi.