DİLİCAN, Yeni Dilican – Yelizavetpol (Gәncә) qub.-nın Qazax qәzasında (9.9.1930 ildәn İcevan r-nu), Ağstafa çayının kәnarında azәrb.-ların yaşadığı kәnd (1951 ildәn resp. tabeli şәhәr. Dilican qoruğu hüdudlarındadır). 19 әsrin ortalarında Köhnә D. k.-i yaxınlığında salınmışdır. İlk vaxtlar buraya çox sayda gәlmә rus vә ermәnilәr köçürülsә dә, kәnd tәdricәn Ağ- talaq, Adatәpә, Aralıq Qoyun, Armudlu, Balta dәrәsi, Qara Әhmәdli, Qәdirdamı, Köhnә D., Göytala, Güneypәyә, Tәrsaçay k.-lәri ilә birlәşәrәk azәrb.-lar yaşayan böyük kәndә çevrilmişdir. Mәşhur Qoşavәng vә Ağarçin alban mәbәdlәri D. yaxınlığındadır. 1970-ci illәrdә aparılan arxeoloji qazıntılar burada Son Tunc vә Erkәn Dәmir dövründә (e.ә. II minilliyin sonları – I minilliyin әvvәllәri) yaşayış olduğunu tәsdiq etmişdir.
1988 ildә D.-da yaşayan azәrb.-lar ermәni daşnakları tәrәfindәn şәhәrdәn qovulub çıxarılmışdır.