Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERMƏNİSTAN-GÜRCÜSTAN MÜHARİBƏSİ (1918)

    ERMƏNİSTAN-GÜRCÜSTAN MÜHARİBƏSİ (1918) – daşnak Ermәnistanı ilә Gürcüstan arasında baş vermişdir. Erm. keçmiş Tiflis qub.-nın Axalkәlәk (indiki Axalkalaki) vә Borçalı qәzalarına әsassız iddia irәli sürmüşdü. AXC hökumәti müharibәyә qoşula bilmәmişdi. Batum müqavilәlәrinә (1918) әsasәn Gürcüstan–Ermәnistan sәrhәd zolağında yerlәşmiş türk qoşunları oradan çıxdı, yerini Gürc.-nı müdafiә edәn alman qoşunları tutdu. Almaniyanın hәrbi qüvvәlәri bu әrazilәri tәrk etdikdә (1918) Borçalı qәzasının xeyli hissәsi Gürc. hökumәtinin nәzarәtinә keçdi. Oktyabr–noyabr aylarında Erm. Axalkәlәkә süvari eskadron, Borçalıya isә 4-cü ermәni polkunu göndәrdi. Hәrbi әmәliyyatlar dekabrın 9-da başladı. Döyüşlәr azәrb.-ların yaşadığı Borçalıda gedirdi. Dekabrın 17-dә Gürc. rәsmәn Erm.-a müharibә elan etdi, bu ölkә ilә diplomatik әlaqәlәri kәsdi. Dekabrın 18–31-dә tәrәflәr arasında hәrbi әmәliyyatlar baş verdi. Borçalı torpaqlarına vә әhalisinә ciddi ziyan vurmuş müharibәyә İngiltәrә son qoydu. 1919 il yanvarın 9–17-dә Tiflisdә tәrәflәrin konfransı keçirildi. Gürcüstan–Ermәnistan sәrhәdi Antanta Ali Şurası tәrәfindәn tәyin edilәnәdәk Borçalı qәzasının şm. hissәsinin Cürc.-na, c. hissәsinin Erm.na verilmәsi, Allahverdi mis mәdәnlәrinin olduğu orta hissәdә isә ingilis gen.-qubernatorunun idarәçiliyindә “neytral zona”nın yaradılması qәrara alındı. Konfransa AXC nümayәndә heyәti dәvәt edilmәdi. AXC-nin Tiflisdәki nümayәndәsi ölkәsinin qәrarı tanımayacağını bәyan etdi. 1921 ildә RK(b)P-nin Qafqaz bürosunun 7 iyul tarixli qәrarına әsasәn “neytral zona” da Erm.-a birlәşdirildi. Belәliklә, Borçalı Gürs.-la Erm. arasında bölüşdürüldü.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç