ERMƏNİSTAN-TÜRKİYƏ MÜHARİBƏSİ (1920) – Ermәnistanın işğalçılıq siyasәti yürüdәn daşnak hökumәtinin Türkiyәyә әrazi iddiaları nәticәsindә baş vermişdir. Müharibәnin başlanmasında Paris sülh konfransının (1919–20) iştirakçıları olan böyük dövlәtlәr az rol oynamadı. Müharibәyә sәbәb Türkiyә Böyük Millәt Mәclisinin (TBMM) Sevr sülh müqavilәsini (1920) ratifikasiya etmәmәsi oldu. 1920 il iyunun 18-dә daşnaklar Oltu ş.-ni tutdular. Türk ordusu sentyabrın 29-da Sarıqamışı, sonra Ərdәhanı azad etdi, oktyabrın 30-da Qarsa daxil olaraq Gümrü (Aleksandropol) istiqamәtindә hücumu davam etdirdi. Ermәnilәrin Qәrb dövlәtlәrinә müraciәti cavabsız qaldı. Noyabrın 7-dә Gümrü azad edildi vә İrәvan üzәrinә yürüş başlandı. Noyabrın 18-dә Erm. barışıq imzalamağa mәcbur oldu. Türkiyәnin müharibәdә qәlәbәsi onun nüfuzunu möhkәmlәndirdi, Moskva müqavilәsinin (1921) vә Qars müqavilәsinin (1921) bağlanmasını sürәtlәndirdi.