DİMӘŞQİ (الدسمشقي) Ş ә m s ә d- d i n Ә b u A b d u l l a h M ә h ә m m ә d i b n Ә b u T a l i b ә d- D i m ә ş q i ә s - S u f i (1256–1327) – әrәb kosmoqrafı, coğrafiyaşünas. 9 fәsildәn ibarәt “Nüxbәt әd-dәhr fi әca’ib әl-bәrr vә-l-bәhr” (“Quru vә dәnizin әcaibliklәri haqqında zәmanәnin çıxarışı”) әsәrindә müxtәlif ölkәlәr, şәhәrlәr, xalqlar, dәnizlәr, göllәr, çaylar vә s. haqqında mәlumat verilir. Әsәrdә Azәrb.-ın coğrafi mövqeyi, şәhәrlәri (Әrdәbil, Marağa, Mәrәnd, Urmiya, Muğan, Bәrdә, Beylәqan, Dәrbәnd, Şabran, Gәncә, Naxçıvan vә s.), Xәzәr dәnizi, onun adaları, Urmiya gölü, Kür vә Araz çayları haqqında da mәlumat var.
Әd.: Крачковский И.Ю., Избр. соч., т. 4, М.– Л., 1957; Буниятов З.М., Обзор источников по истории Азербайджана (источники арабские), Б., 1964.