ERMİT Şarl (Hermite Charles) (24.12. 1822, Dyöz – 14.1.1901, Paris) – fransız riyaziyyatçısı, Paris EA-nın üzvü (1856), Peterburq EA-nın әcnәbi m. üzvü (1857) vә әcnәbi fәxri üzvü (1895), London Kral Cәmiyyәtinin üzvü (1873), Paris Un-tinin prof.-u (1869 ildәn). Klassik analiz, cәbr vә әdәdlәr nәzәriyyәsinin müxtәlif mәsәlәlәrinin tәdqiqi E.-ә mәxsusdur. Əsas işlәri elliptik funksiyalar nәzәriyyәsi vә onun tәtbiqinә aiddir. E. ortoqonal çoxhәdlilәr sinfini öyrәnmişdir (Ermit çoxhәdlilәri). Onun bir sıra işlәri cәbri formalar vә onların invariantları nәzәriyyәsinә (Ermit forması) hәsr olunmuşdur. e әdәdinin transsendentliyini isbat etmişdir (1873).