ERMOSİLYO (Hermosillo) – Meksikanın şm.-q.-indә şәhәr. Sonora ştatının inz. m. Əh. 702 min (2005). Mühüm nәql. qovşağı. Beynәlxalq aeroport.
Şәhәrin yerlәşdiyi әrazidә ilk insan mәskәnlәri 3500 il әvvәlә aiddir. Buraya qızıl axtarmaq mәqsәdilә gәlmiş ispanlarla yerli әhalinin ilk tәması 16 әsrin ortalarına tәsadüf edir. 1700 ildә indiki E.-nun yerindә 3 ispan kәndinin – Nuestro Senyoro del Populo, Nuestro Senyoro de Los Anheles vә La Santisima Trinidad del Pitikin әsası qoyulmuşdur. Tezliklә ispanlar vә yerli әhali arasında münasibәtlәr kәskinlәşmişdir. Hindi xalqı serilәrin hücumlarının qarşısını almaq mәqsәdilә ispanlar tәqr. 1726 ildә Presidio de Pitik fortunu tikmişdilәr. 1821 ildә Meksikanın müstәqillik qazanmasından sonra Pitik dep-tin inz. m.-nә çevrilmişdi (1825). 1828 ildә Meksikada azadlıq müharibәsi zamanı üsyançı qoşunlarına komandanlıq etmiş X.M.Qonsales Ermosilyonun şәrәfinә Pitikin adı dәyişdirilәrәk E. adlandırılmışdır. 1879 ildә Sonora ştatının paytaxtı E.-ya köçürülmüşdür. 1881 ildә E., Quaymos vә Noqales arasında d.y. tikintisinin başa çatmasından sonra şәhәr Meksikanın şm.-q.- nin iqtisadi mәrkәzinә çevrilmişdir.
Suvarma әkinçiliyi r-nu, ticarәt mәrkәzidir. Maşınqayırma, kimya, sement, yeyinti sәnayesi inkişaf etmişdir.
E.-da mәşhur qış kurortları fәaliyyәt göstәrir. Sonora Un-ti (1938), Regional (1960), Sonora (1980) muzeylәri vә s. var.
Ермосилйо шящяриндян эюрцнцшц.