ERNÁNDES (Hernández) Migel (30.10. 1910, Oriuela – 28.3.1942, Alikante) – ispan şairi. 1936–39 illәr ispan xalqının milli-inqilabi müharibәlәrindә hәm komissar, hәm qәzet vә radio redaktoru kimi iştirak etmişdir. Faşist hәbsxanasında dünyasını dәyişmişdir. “Ay eksperti” (1933) vә “Sönmәz şüa” (1936) topluları sәmimi lirik şeirlәrdәn ibarәtdir. “Xalq külәyi” (1937), “Qarovulda durmuş adam” (1939) toplularında, “Ölüm keşişi” (1937) mәnzum dramında faşizmә qarşı mübarizәdә xalqın qәhrәmanlığını tәsvir etmişdir. Bir sıra pyesin müәllifidir.
Əsәrlәri: Obras Completas. B. Aires, 1960.
Əd.: Ромеро Э. Мигель Эрнандес. М., 1962.