ÉRNE Nils Kay (23.12.1911, London – 7.10.1994, Kastion-dyu-Qar) – Danimarka immunoloqu. Nobel mükafatı laureatı (1984). Kopenhagen Un-tindә tibb tәhsili vә 1947 ildә tibb doktoru dәrәcәsi almışdır. 1943–56 illәrdә Danimarka Milli Zәrdab İn- tunda işlәmiş, hәmin dövrdә özünün әks-cisimlәrin әmәlә gәlmәsi nәzәriyyәsini yaratmışdır. Bu nәzәriyyә E.-ni mәşhur alim kimi tanıtmış vә o, 1956 ildәn ÜST-ün Cenevrәdәki biol. standartların vә immunologiyanın baş seksiyasında çalışmışdır. 1962–66 illәrdә ÜST-dә ekspert, eyni vaxtda Pittsburq Un- ti tibb mәktәbinin mikrobiologiya şöbәsinin prof.-u vә müdiri olmuşdur. 1966 ildә Avropaya qayıtmış vә Frankfurtda İohann Volfqanq Göte Un-tindә prof. adını almışdır. 1969 ildәn (1980) Bazel İmmunologiya İn-tunun direktoru işlәmişdir.