DİNAMİKİ METEOROLOGİYA – nәzәri meteorologiyanın bölmәsi. Troposferdә vә stratosferin aşağı qatlarında atmosfer proseslәrinin hidromexanika, termodinamika müddәalarının tәtbiqi yolu ilә nәzәri cәhәtdәn öyrәnmәklә mәşğul olur. D.m.-nın әsas vәzifәsi atm.-in ümumi dövranını, atm. vә okeanın qarşılıqlı әlaqәsini, atm. vә hidrosferdә baş verәn müxtәlif miqyaslı burulğanları, atmosfer cәbhәsini öyrәnmәk, qısamüddәtli (3 günә qәdәr), ortamüddәtli (3 gündәn 10 günәdәk) vә uzunmüddәtli (aylıq vә fәsillik) hava proq- nozlarını atm.-in ümumi dövranının modellәri ilә әlaqәlәndirmәkdir. D.m. tәdqiqatlarında yüksәktezlikli elektron hesablama maşınları tәtbiq olunur.
Azәrb.-da D.m.-nın tәdqiqat üsullarından havanın qısa, orta vә uzunmüddәtli proqnozu metodikasının işlәnmәsindә, hәmçinin Xәzәr dәnizi ilә atm.-in qarşılıqlı әlaqәsinin vә bir sıra atm. hadisәlәrinin fiziki әsaslarının öyrәnilmәsindә istifadә edilir.