DİNÁR YAYLASI (Dinarsko gorje) –Balkan y-a-nın şm.-q.-indә, Sloveniya, Xorvatiya, Bosniya vә Herseqovina, Serbiya, Monteneqro vә Albaniya әrazilәrindә yayla. Şm.-q.-dәn c.-ş.-ә Yuli Alp d-rından Drin çayınadәk 650 km mәsafәdә uzanır. Q.-dә Adriatik dәnizinә dik düşür, ş.-dә Orta Dunay düzәnliyi vә İbar çayının dәrәsi ilә sәrhәdlәnir.
Relyef. D.y.-nın daha çox qalxmış q. hissәsindә kanyonvarı çay dәrәlәri ilә parçalanmış (Tara çayı kanyonu – Avropada әn dәrin, 1000 m-dәn çox) әhәngdaşından ibarәt orta hündürlüklü yastıdağlıqlar vә qayalı dağlar geniş yayılmışdır. Әn yüksәk dağ massivlәri vә silsilәlәri: Snejnik (hünd. 1796 m-әdәk), Velebit (1758 m), Dinara (1913 m), Çvrsnitsa (2228 m), Durmitor (2522 m), Şimali Alban Alp dağları (2692 m, Yezertsa d. – D.y.-nın әn yüksәk nöqtәsi); 2000 m-dәn yüksәkdә relikt dağ-buzlaq formalarına rast gәlinir. D.y. çılpaq karst relyef formalarının yayıldığı klassik әrazidir; karstlar ilk dәfә Sloveniyanın Karst platosunda öyrәnilmişdir. Yaylanın q.-indә karr çöllәri (әn irisi Livan-Pole, 405 km2), mağaralar (o cümlәdәn Postoynska-Yama, uz. 16,4 km), uçurumlar (Rısnik, dәrinliyi 80 m-әdәk vә s.) geniş yayılmışdır, ş.-indә Yavor (hünd. 1537 m-әdәk), Romaniya (1629 m), Qoliya (1833 m) vә s. dağ silsilәlәri yerlәşir. Çoxlu dağarası çuxurlar (Sarayev, Kosovo-Pole vә s.) var.
Динар йайласы. Дурмитор Милли Паркы. Тара чайы канйону. Монтенегро.
Geoloji quruluş vә faydalı qazıntılar. D.y. tektonik cәhәtdәn Alp-Himalay mütәhәrrik qurşağının Dinar qırışıqlıq sisteminә uyğundur. Qırışıqlığın xarici zonası Paleozoyun terrigen, Mezozoy vә Paleogenin karbonat süxurlarından, daxili zonası isә Yuranın ofiolit örtüyündәn, Tәbaşir әhәngdaşından vә Tabaşir–Paleogenin flişlәrindәn ibarәtdir. Sonuncular Kaynozoyun qranit intruziyaları ilә yarılmışdır. Dağarası depressiyalar Neogenin kömürlü çöküntülәri ilә dolmuşdur. D.y. üçün yüksәk seysmiklik xarakterikdir; 1963, 1969, 1979 illәrdә dağıdıcı zәlzәlәlәr baş vermişdir. Faydalı qazıntıları: boksit, dәmir filizi, manqan, nikel, sürmә, civә, qonur kömür, azbest, barit vә s.
İqlim. İqlimi q.-dәn ş.-ә doğru Aralıq dәnizi subtropik iqlim tipindәn mülayim kontinental tipә keçid tәşkil edir. Orta temp-r yanvarda dәrә vә çökәkliklәrdә – 2-dәn – 4°C-yә qәdәr (dağlarda –18°C), sahilboyu r-nlarda 2–8°C, iyunda 15–20°C-dir. Yağıntılar q.-dә, sahil yamaclarında 1000– 3000 mm (Kotor buxtasında tәqr. 4000 mm), ş.-dә isә 900–1000 mm tәşkil edir.
Daxili sular. Çaylardan Setina, Neretva vә s. Adriatik dәnizi hövzәsinә, Sava, Vrbas, Bosna, Drina, Qәrbi Morava vә onların çoxsaylı qolları Dunay hövzәsinә aiddir. Göllәri, әsasәn, karst mәnşәlidir; әn irilәri: Şkoder (Skadar gölü), Buşko, Bileçko, Kruşçitsa.