ERÓZİYA, t i b d ә (lat. erosio – aşınma) – dәri vә ya selikli qişa epitelisinin bazal membrana toxunulmadan sәthi zәdәlәnmәsi; xoradan fәrqli olaraq çapıq әmәlә gәtirmәyәrәk sağalır. E. müxtәlif sәbәblәrdәn ola bilәr: mexaniki tәsir (mәs., sıyrıntı, sürtülmә), distrofik vә iltihabi proseslәr (mәs., mәdә E.-sı), patoloji ifrazatın qıcıqlandırıcı tәsiri (mәs., uşaqlıq boynu E.-sı) vә s.