ERÓZİYA, torpaqda – torpağın su vә külәyın tәsiri ilә dağılması, dağılma mәhsullarının yerdәyişmәsi vә onların tәkrarәn bir yerә toplanması. Su eroziyası yağış, yaxud qar suların axdığı yamaclarda yaranır; o, sәthi (hopmağa macal tapmamış su axını nәticәsindә torpağın nisbәtәn bir bәrabәrdә yuyulması), xәtti (adi yolla aradan qaldırılan dayaz çuxurların әmәlә gәlmәsi) vә dәrin (torpağın vә dağ süxurlarının su axını ilә yuyulması) ola bilir. Külәk eroziyası, yaxud deflyasiya, istәnilәn relyef tiplәrindә, o cümlәdәn düzәnliklәrdә gündәlik (az sürәtli külәklәr torpaq hissәciklәrini havaya qaldıraraq onları digәr sahәlәrә aparır) vә vaxtaşırı – tozlu fırtınalar (güclü külәklәr torpağın üst qatını, bәzәn әkinlә birlikdә, havaya qaldırır vә torpaq kütlәsini böyük mәsafәlәrә daşıyır) şәklindә inkişaf edir.
Torpağın E.-sı dağılma dәrәcәsinә görә normal (tәbii) vә sürәtli (antropogen) ola bilir; normal E. yavaş gedir, bu zaman torpağın münbitliyi aşağı düşmür, sürәtli E. insanın tәsәrrüfat fәaliyyәti – torpağın qaydasında işlәnmәmәsi vә suvarmanın düzgün aparılmaması, mal-qara otarılması nәticәsindә bitki örtüyünün korlanması, meşәlәrin qırılması, tikinti işlәri ilә әlaqәdar baş verir. Güclü torpaq E.-sı zamanı torpağın münbitliyi azalır, әkinlәr zәdәlәnir, yarğanlar k.t.-na yararlı sahәlәri narahat torpaqlara çevirir vә onun işlәnmәsini mürәkkәblәşdirir, çaylar vә su hövzәlәrinin lillәnmәsi baş verir. Torpaq E.-sı yollara, rabitә vә elektrik xәtlәrinә vә digәr kommunikasiyalara zәrәr yetirir.
Torpaq E.-sı ilә mübarizә mәqsәdilә zonalar üzrә bir-birini tamamlayan aqrotexniki, meşә-meliorativ, hidrotexniki vә tәşkilati-tәsәrrüfat tәdbirlәri işlәnib hazırlanır. Aqrotexniki tәdbirlәr (sahәlәrin işlәnmәsi vә yamacların eninә әkilmәsi, 2–3 ildәn bir dәrin – 22 sm-dәn artıq şumlama, torpağın sәthi kәsilmә üsulu ilә çevrilmәdәn işlәnmәsi, payız şumunun yazda toxalanması, yamaclarda çәmәn salınması) qar vә yağış sularının tәnzimlәnmәsinә kömәk edir vә torpağın yuyulmasını xeyli azaldır. Külәk E.-sı yayılmış r-nlarda torpağı şumlamaq әvәzinә sahәlәrin düzkәsәn kultivatorlarla işlәnmәsi vә külәşin sәthdә saxlanması kimi üsullar tәtbiq olunur, bu toz qalxmalarını azaldır vә torpaqda daha çox nәmlik toplanmasına kömәk edir. Torpaq E.-sına mәruz qalmış r-nlarda әkinlәri vә digәr sahәlәri mühafizә edәn dövri әkinçiliyin, hәmçinin hündür gövdәli bitki tarlaları arasında k.t. bitkilәri әkilmәsinin xüsusi әhәmiyyәti vardır. Meşә-meliorativ tәdbirlәr qismindә qoruyucu meşә zolaqlarının salınması da sәmәrәlidir. Hidrotexniki tәdbirlәrin görülmәsi mәqsәdilә dik yamaclarda terraslama tәtbiq olunur, sürәtli axınların, yarğan vә çökәkliklәrin yatağında su saxlayan sәdlәr vә suyu çәkib aparan kanallar tikilir.
E. geologiyada – süxurların vә torpağın sәth suları ilә yuyulması, dağılması, axının gücü ilә süxurların mexaniki parçalanması (mәcra dibinin su vә bәrk qırıntılarla hamarlanması), süxurların (әhәngdaşı, dolomit vә ) kimyәvi hәlli vә s. proseslәrin mәcmusu kimi xarakterizә olunur. E. Yer sәthi relyefinin formalaşmasında әsas faktorlardan biridir. E. sәthi vә xәtti tәsir göstәrir. Sәthi E.-da relyefin kәlә-kötürlüyü hamarlaşır, xәtti E.-da isә yarğan, qobu, dәrә vә s. әmәlә gәlir. Xәtti E. yan vә dәrinlik E.-sına ayrılır. Y a n E.- da dәrә, yarğan yamacları yuyulur vә dәrә genişlәnir. Dәrinlik E.-sında isә axın mәcrası dәrinlәşir. Axın olan hәr yerdә tәbii normal E. baş verir. Xarici әdәbiyyatlarda E. çox vaxt buzlaqların, külәk vә dalğanın dağıdıcı nәticәlәrini ifadә edәn termin kimi dә işlәdilir (“külәk E.-sı”, “buzlaq E.-sı”, “dәniz E.-sı” vә s.).