ERÓZİYA BAZİSİ – çayların töküldüyü hövzәnin sәviyyәsi. Ümumi (yaxud әsas) E.b. dünya okeanının sәviyyәsidir. Yerli (yaxud müvәqqәti) E.b.-lәri (axar göllәr, çay qollarının әsas çaya töküldüyü yerlәr, elәcә dә çayın dәrininә eroziyasını lәngidәn vә astanaların әmәlә gәlmәsinә sәbәb olan möhkәm süxurların sәthә çıxdığı yerlәr) dә var. E.b.-nin yüksәkliyinin dәyişmәsi (dәniz sәviyyәsinin tәrәddüdü, Yer qabığının әsri hәrәkәti) çay dәrәlәrinin dәrinlәşmәsi, yaxud çöküntülәrlә dolması ilә müşayiәt olunur.