ERPENİUS Foma, Tomas van Erpen (Thomas van Erpen) (11.9.1584, Qorinhem, Hollandiya –13.11.1624, Leyden) – holland naşiri, ilahiyyatçı vә şәrqşünas. Leyden un-tindә ilahiyyatı, sonralar Yaxın vә Orta Şәrq ölkәlәri dillәrini öyrәnmişdir (1608). Misir, İngiltәrә, Fransa, Almaniya vә İtaliyaya sәyahәtlәr edәrәk alimlәrlә görüşmüşdür. Venesiyada fars, türk vә hәbәş dillәrini, Parisdә isә әrәb dilini tәkmillәşdirmişdir. 1612 ildә Leyden Un-tinin әrәb vә digәr Şәrq dillәri üzrә prof.-u olmuşdur (1613). Birlәşmiş Əyalәtlәr Respublikasının (Niderland) rәsmi tәrcümәçisi idi. 1612 ildә Leydendә mәtbәә açmış vә әrәb dilindә kitab çap etmәk mәqsәdilә şrift nümunәlәri hazırlamışdır. 1613 ildә әrәb dilinin qrammatikasına dair kitablar nәşr etmiş, 1615–22 illәrdә dini kitablar buraxmışdır. E. “Qurani-Kәrim”in nәşrini latın dilindә şәrhlәrlә hazırlamış, lakin hәyata keçirә bilmәmişdir. E.-un ölümündәn sonra 1625 ildә Elzevirlәr ailәsi onun mәtbәәsini alaraq kitab işini davam etdirmişdir.