Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERRİO

    ERRİÓ (Herriot) Eduard (5.7.1872, Ob dep-ti, Trua – 26.3.1957, Rona dep-ti, SenJeni-Laval) – Fransa siyasi vә dövlәt xadimi. Lion Un-tinin filologiya fakültәsinin prof.-u (1900). Fransa Akademiyasının üzvü (1946). Lion ş.-nin meri (1905–40; 1945–55). Radikal vә radikal-sosialistlәr partiyasının sәdri (fasilәlәrlә 1919–57). Senator (1912–19), ictimai işlәr, nәqliyyat vә tәchizat naziri (1916–17), parlamentin deputatı (1919–40; 1946–57) olmuşdur. 1920-ci illәrdә R.Puankarenin mürtәce siyasәtinә qarşı çıxmışdır. 1924–25 illәrdә baş nazir vә xarici işlәr naziri idi. E. hökumәti ölkә daxilindә bir sıra demokratik tәdbirlәr hәyata keçirmiş, fransız qoşunlarını Rurdan çıxarmış, SSRİ ilә diplomatik münasibәtlәr yaratmışdı (1924). 1925–26 vә 1936–40 illәrdә deputatlar palatasının sәdri, 1926 ildә (19–21 iyul) baş nazir, 1926–28 illәrdә xalq maarifi naziri, 1932 ildә baş nazir vә xarici işlәr naziri, 1934– 36 illәrdә dövlәt naziri olmuşdur. SSRİ ilә bir-birinә hücum etmәmәk barәdә müqavilә imzalamışdı (1932). E. Münхen sazişinә (1938) etiraz etmiş, SSRİ-nin iştirakı ilә Avropada kollektiv tәhlükәsizlik sistemi yaradılmasının tәrәfdarı olmuşdur. İkinci dünya müharibәsi (1939–45) zamanı “Vişi” rejiminә qarşı mübarizә aparmışdır. 1947–54 illәrdә Milli mәclisin sәdri, 1957 ildәn ömrünün sonunadәk isә fәxri sәdri idi. Dördüncü respublika rejiminin möhkәmlәndirilmәsinә yardım etmiş, Almaniyanın yenidәn silahlandırılmasına vә “Avropa müdafiә birliyinin” yaradılmasına qarşı çıxmışdır. 1955 ildә Beynәlxalq sülh mükafatına layiq görülmüşdür. E. publisistik, tarixi vә әdәbiyyatşünaslığa dair әsәrlәrin müәllifidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç