ÉRROU (Arrow) Kennet Cozef (23.8. 1921, Nyu-York – 21.2.2017, ABŞ, Kaliforniya, Palo Alto) – Amerika iqtisadçısı, Nobel mükafatı laureatı (1972; C.Hikslә birgә). Sitik-kollecdә (1940), Kolumbiya Un-tindә (1941) oxumuşdur. 1951 ildә iqtisadiyyat üzrә doktor dәrәcәsini almışdır. Çikaqo, Stenford un-tlәrindә iqtisadiyyat, statistika vә әmәliyyatların tәdqiqi üzrә assistent, daha sonra prof. (1949–68), Harvard Un-tinin (1968–74) vә Harvardda Ceyms Brayan Konant Un-tinin prof.-u işlәmişdir. Beynәlxalq İqtisadi Assosiasiyanın prezidenti (1983–86), Ekonometrika Cәmiyyәtinin prezidenti (1956), Amerika İqtisadi Assosiasiyasının prezidenti (1973) olmuşdur. E. dövlәt tәrәfindәn qismәn tәnzimlәnәn bazar iqtisadiyyatının tәrәfdarlarından E. ilk işlәrindәn biri olan “Riskin daha yaxşı bölüşdürülmәsi üçün qiymәtli birja kağızlarının әhәmiyyәti” (1953) adlı әsәrindә qeyri-müәyyәnlik şәraitindә seçim üçün ümumi tarazlıq nәzәriyyәsini inkişaf etdirmişdir.
Əsәrlәri: Social Choise and Individual Values. 1951; An Extension of the Basic Theorems of Classical Welfare Economics. 1951; Studies of Linear and Nonlinear Programming. 1958; The Economic Implication of Learning by Doing. 1962.