ÉRSBERGER Mattias (20.9.1875, Buttenhauzen – 26.8.1921, Bad-Qrisbax) – Almaniya siyasi xadimi. 1903 ildәn reyxstaqın deputatı idi. Birinci dünya müharibәsinin (1914–18) әvvәllәrindә anneksiya tәrәfdarı olan E. Rusiyada Fevral inqilabının (1917) qәlәbәsindәn sonra müharibәnin yekunlaşdırılması üçün sülh tәkliflәri ilә çıxış etmiş, reyxstaqın “sülh qәtnamәsi”nin (1917, iyul) tәşәbbüskarı olmuşdur. 1918 ilin oktyabrında hökumәtә daxil olmuş vә Antanta ilә sülh danışıqları aparan nümayәndә heyәtinә rәhbәrlik etmişdir. 1918 il noyabrın 11-dә Almaniyanın adından Kompyen barışığını imzalamışdır. 1919–20 illәrdә maliyyә naziri idi. İfrat irtica casusları tәrәfindәn qәtlә yetirilmişdir.