ERSTÉD Hans Kristian (14.8.1777, Langelann a., Rudköbinq – 9.3.1851, Kopenhagen) – Danimarka fiziki. Danimarka Kral Cәmiyyәtinin daimi katibi (1815 ildәn), Peterburq EA-nın fәxri әcnәbi üzvü (1830). Kopenhagen Un-tini bitirmiş (1797), oranın prof.-u (1806), Kopenhagen politexnik mәktәbinin direktoru (1829) olmuşdur. Əsas işlәri elektrik cәrәyanı, akustika, molekulyar fizikaya aiddir. 1820 ildә elektrik cәrәyanının maqnit әqrәbinә tәsirini kәşf etmәsi fizikanın yeni sahәsinin – elekt r o maqnetizmin meydana gәlmәsinә sәbәb olmuşdur. Müxtәlif tәbiәt hadisәlәrinin bir-biri ilә qarşılıqlı әlaqәdә olması ideyası E.-in elmi yaradıcılığı üçün sәciyyәvidir; o cümlәdәn 1821 ildә E. ilk dәfә işığın elektromaqnit hadisәlәrindәn ibarәt olduğu fikrini söylәmişdir. 1822–23 illәrdә J.Furyedәn asılı olmayaraq termoelektrik effektini müәyyәn etmiş vә ilk termoelementi yaratmışdır. Maye vә qazların sıxılmasını vә elastikliyini eksperimentlә öyrәnәrәk pyezometri ixtira etmişdir (1822). İlk dәfә olaraq nisbәtәn tәmiz alüminium almış, Boyl–Mariot qanunundan kәnaraçıxmaları tәdqiq etmişdir.