ERTİŞ, Ərdic – İrәvan qub.-nın Şәrur- Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Keşişkәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12. 1957 ildәn Yeğeqnadzor r-nu), Arpa çayının kәnarında azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni hücumlarına mәruz qalaraq dağıdılmış, әhalisinin bir hissәsi qәtlә yetirilmiş, sağ qalanlar Naxçıvan әrazisinә sığınmışlar. 1922 ildә geri qayıdıb yenidәn E.-dә mәskunlaşan qaçqın әhali 1928 ildә buradan köçürülmüş vә kәnddә Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir.