ÉRZYA (Nefedo v) Stepan Dmitriyeviç [8.11.1876, Simbirsk qub.-nın (indiki Mordva Resp., Ardafov r-nu) Bayevo k. – 24.11.1959, Moskva] – mordva heykәltәraşı. Tәxәllüsünü mordvaların etnoqrafik qrupunun adından götürmüşdür. 1890 ildәn Alatır vә Kazanda ikona emalatxanasında çalışan E. 1902–06 illәrdә Moskva Boyakarlıq, Heykәltәraşlıq vә Memarlıq Mәktәbindә tәhsil almışdır. İtaliya vә Fransada (1906–14), Uralda, Batumi vә Bakıda (1918–25), Argentinada (1926–50), Moskvada (1950 ildәn) yaşamışdır. E. ağacın tәbii faktura effektindәn vә formasından istifadә edәrәk, eskizsiz işlәmişdir. Yaradıcılığına O.Rodenin tәsiri olmuşdur. Əsasәn, ağac heykәltәraşlığı sahәsindә çalışmışdır. İnsanın mürәkkәb psixoloji vәziyyәtinin ustalıqla verilmәsi, dәrin emosionallıq vә orijinal plastika E. yaradıcılığının әsas xüsusiyyәtlәridir (“Mәtanәt”, 1932; “Dәhşәt”, 1933; “Ümidsizlik”, 1936 vә s.). O bütün әsәrlәrindә ağacın yalnız müәyyәn hissәsini işlәmiş, işlәnmәyәn sәthini isә tәbii surәtdә kompozisiyaya daxil etmişdir (“Aleksandr Nevski”, 1931; “Avtoportret”, 1937; “Bethoven”, 1929; “L.Tolstoy”, 1930). Uralda vә Argentinada “dağ-monument” ideyasını irәli sürmüş, lakin hәyata keçirә bilmәmişdir. Əsәrlәrinin müәyyәn hissәsi dünyanın müxtәlif muzeylәrindә, әsas hissәsi Mordoviya Resp. İncәsәnәt Muzeyindә (Saransk) saxlanılır. 1923–25 illәrdә Azәrb. Rәssamlıq Mәktәbindә dәrs demişdir. Bakıda bir sıra heykәllәr yaratmışdır: Mәdәnçilәr İttifaqı Mәrkәzi Evinin (sonralar Resp. Xalq Yaradıcılığı Evi) frontonunda vә karnizlәri üzәrindә qoyulmuş dәmir-beton heykәl qrupu (1924) vә s. Bu heykәllәr qalereyasında Bakı neftçilәrinin obrazları tәsvir olunmuşdur.
Ерзйа С. “Фантазийа”. Кебрачо аьаъы. 1927.
Мордовийа Зяриф Сянятляр Музейи.