ESÁKİ Leo (d. 12.3.1925, Osaka) – yapon fiziki. Nobel mükafatı laureatı (1973), Yaponiya EA üzvü (1975). Tokio Un-tini bitirmişdir (1947). “Koqio Korporeyşn” (Kobe) (1946–56) vә “Soni Korporeyşn”dә (Tokio) (1956–60) işlәmişdir, 1960 ildәn “İBM korporeyşn”dәdir (ABŞ). Əsas tәdqiqatları bәrk cisim fizikası, yarımkeçirici elektronika, ifratkeçiricilik, tunellәnmә vә maqnetizmә aiddir. Eksperimentlә yarımkeçiricilәrdә tunellәnmәni kәşf edәrәk, 1957 ildә tunel diodunu (Nobel mükafatı) yaratmışdır. 1962 ildә elektrik sahәsinin müәyyәn qiymәtlәrindә maqnit müqavimәtinin güclü artması hadisәsini kәşf etmiş (Esaki effekti), 1966 ildә yarımkeçiricilәrdә ifratkeçirici energetik yarığı müşahidә etmişdir.