ESAMBÁYEV Mahmud Əlisoltanoviç (15.7.1924, Qroznı yaxınlığındakı Köhnә Atagı k. – 7.1.2000, Moskva) – çeçen balet artisti, rәqqas, xoreoqraf, aktyor. SSRİ xalq artisti (1974). Qroznı Xoreoqrafiya Mәktәbindә (1939–41) oxumuşdur. 1944– 56 illәrdә Qırğ. Opera vә Balet Teatrının solisti olmuş, B.V.Asafyevin “Baxçasaray fontanı”, P.İ.Çaykovskinin “Yatmış gözәl”, “Sonalar gölü” baletlәrindә әsas rollarda çıxış etmişdir. 1957 ildәn Çeçen-İnquş MSSR filarmoniyasının solisti olmuşdur. Repertuarında xalq rәqslәri vә dünya xalqlarının rәqslәri әsas yer tutmuşdur. “Çoban” (çeçen-inquş, özbәk), “Ovçu vә qartal” (monqol), “Döyüşçü” (başqırd), “Qızıl allah” (“Bharat natyam” hind klassik rәqsi üslubunda), “Makumba” (Braziliya mәrasim rәqsi), “Alov rәqsi” (M. de Falyanın musiqisi әsasında) E.-in ifa etdiyi mәşhur rәqslәrdәndir. E.-in ifaçılıq sәnәti üçün virtuozluq, yüksәk emosionallıq vә plastiklik, rәqsin üslub vә xarakterini dәqiq, qabarıq vermәk mәharәti sәciyyәvi idi. “Azәrbaycanfilm”in istehsal etdiyi “Mәn rәqs edәcәyәm” (1963) bәdii filmindә baş rolu ifa edәn E. bir sıra digәr filmlәrdә dә çәkilmişdir [“Rәqs alәmindә” (1961), “Nә qәdәr ki, saat vurur” (1976), “Balaca Mukun sәrgüzәştlәri” (1983), “Uvertüra” (1994) vә s.]