Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESERLƏR, sosialist inqilabçılar 

    ESERLƏR,  sosialist   inqilabçılar – 1901–22 illәrdә Rusiyada sosialist partiyası. 19 әsrin 90-cı illәrindә fәaliyyәt göstәrәn xalqçı dәrnәk vә qrupların birlәşmәsi  nәticәsindә  yaranmışdı.  Liderleri: V.M.Çernov, N.D.Avksentyev, B.V.Savinkov vә b. Nәzәri baxışları xalqçılıq vә tәftişçilik (bernşteynçilik) ideyalarının eklektik qarışığından ibarәt olan E.-in ictimai dayağını şәhәr vә kәnd xırda burjuaziyası, xüsusәn qolçomaqlar tәşkil edirdi. E. siniflәr vә sinfi mübarizә haqqındakı marksist nәzәriyyәyә qarşı “xalqın birliyi” tәlәbini irәli sürür, xırda kәndli tәsәrrüfatını idealizә edir, “әmәkçi” kәndlilәrin (kәnd proletariatı vә muzdlu әmәkdәn istifadә etmәyәn ortabablar) mәnafeyini proletariatın mәnafeyi ilә eynilәşdirirdilәr. İnqilabın hәrәkәtverici  qüvvәsini  kәndlilәrdә  görәn  E. burjua-demokratik inqilabında proletariatın rәhbәr  rolunu  inkar  edir,  fәrdi  terroru çarizmә qarşı mübarizәdә әsas taktiki vasitә sayırdılar. E.-in proqramında milli mәsәlәyә xüsusi әhәmiyyәt verilirdi. Partiya ayrı-ayrı millәtlәr arasında federativ münasibәtlәrin yaradılmasının tәrәfdarı idi. Müәyyәn әraziyә malik xalqların milli dövlәtlәrini yaratmaq da nәzәrdә tutulurdu. Bu plan Qafqaza da aid idi. E.-in aqrar proqramı torpağı sosiallaşdıraraq bәrabәrçilik әsasında kәndli icmalarına vermәyi nәzәrdә tuturdu. Bu, 1905–07 illәr inqilabı zamanı E.-in  kәndlilәr  tәrәfindәn  fәal  müdafiә olunmasının әsas sәbәblәrindәn idi. 1917 ildә E. menşeviklәrlә birlikdә burjua Müvәqqәti hökumәtini müdafiә etdilәr vә onun tәrkibinә   daxil   oldular   (A.F.Kerenski, N.D.Avksentyev, V.M.Çernov, S.L.Maslov). 1917 ilin iyul hadisәlәri zamanı E. burjuaziyanın tәrәfinә keçәrәk bolşeviklәrә qarşı terrorda iştirak etdilәr. E.-in zәhmәtkeşlәr arasında tәsiri kәskin surәtdә azalmağa başladı. 1917 ilin yayında E. partiyasından sol fraksiya ayrıldı; dekabrda sol eserler partiyası yarandı. Oktyabr çevrilişindәn (1917) sonra E. sovet hakimiyyәtinә qarşı silahlı mübarizә aparır, qiyamlar vә  üsyanlar  tәşkil  edirdilәr.  Ağqvardiyaçılar mәğlub olduqdan sonra imperializm әsas ümidini E.-ә bağladı. E. Kronştadt antisovet qiyamının (1921), bir sıra qolçomaq qiyamının (antonovçuluq vә s.) tәşkilindә fәal iştirak etdilәr. Qiyamlar yatırıldıqdan sonra, 1922 ildә E. partiyası tamamilә dağıldı vә fәaliyyәtini dayandırdı. Onun rәhbәrlәri xaricә qaçaraq antisovet mәrkәzlәr yaratdılar. Sıravi E.-dәn bәzilәri RK(b)P-yә daxil oldular. 1922 ildә Moskvada sağ E.-i mühakimә etdilәr.

    1903 ilin iyulunda E.-in Bakı tәşkilatı yaranmışdı. Azәrb.-dakı eser tәşkilatlarının ictimai dayağı Xәzәr Ticarәt Donanmasının dәnizçilәri, dәmiryolçular, sәnәtkarlar vә Rusiyanın әkinçilik r-nlarından gәlәn vә kәndlә әlaqәsini kәsmәmiş mәdәn fәhlәlәrinin bir hissәsi idi. 1904 ildә E.-in Şuşa, Yelizavetpol (Gәncә) vә Zaqatalada tәşkilatları yarandı. 1905 ilin noyabrında Bakı E.-inin tәşәbbüsü ilә “İttifaq” (1905) vә “Əş-Şәms” (“Günәş”; 1906) milli sosialist inqilabçılar tәşkilatları yaradıldı. Bakı E.-i milli mәsәlәyә aid müddәalarla tam razı idilәr. 1905–09 illәrdә Bakı E.-i “Kavkazskoe slovo” (“Qafqazın sözü”), “Molot” (“Çәkic”), “Trud” (“Əmәk”), “Dlya naroda” (“Xalq üçün”), “Volna” (“Dalğa”) qәzetlәrini, “Trudovoy qolos” (“Əmәkçi sәsi”) leqal jurnalını nәşr edirdilәr. 1905 ilin noyabrında Bakıda Azәrb. burjua-mülkәdar ziyalılarının eser tәşkilatı qәti formalaşdı. Mәktәblilәr arasında eser ideyalarını yaymaq üçün “Predvestnik zari” (“Şәfәq müjdәçisi”) adlı şagird tәşkilatı yaradılmışdı. E.-in Bakı, Tiflis, Batum vә Kutaisi komitәlәri 1905 ilin fevralında Tiflisdә eser partiyasının Qafqaz ittifaqında birlәşdilәr. 1906 ilin aprelindә Bakı eser tәşkilatı nәzdindә yaradılmış “Hәrbi ittifaq” Bakı qarnizonunun әsgәrlәri vә Xәzәr Hәrbi Donanmasının matrosları arasında tәbliğat aparırdı. 2-ci Dövlәt dumasına seçkilәr zamanı Bakı E.-i daşnak, eser vә liberal burjua nümayәndәlәrindәn ibarәt “Zemlya i volya” (“Torpaq vә iradә”) blokuna daxil idilәr. 1907 ilin yayında Bakı eser tәşkilatına “Daşnaksutyun”dan ayrılmış “gәnc daşnaklar” qrupu daxil oldu. 1905–07 illәr inqilabı zamanı Bakı E.-i bir neçә sui-qәsd vә terror tәşkil etmişdilәr. Bakı E.-i 1907–08 illәrdә neft sәnayeçilәrinin müşavirә kampaniyasında iştirak etmәklә bolşeviklәrin irәli sürdüyü vә fәhlәlәrin mәnafeyinә uyğun olan boykot taktikasına qarşı çıxdılar.

    1913 ilin aprelindә Bakı E.-i dәnizçilәrin yeni tәtilini hazırlayarkәn tәşkilatın icraiyyә komitәsinin üzvlәri hәbs olundular. Birinci dünya müharibәsi başlandıqda, Bakı E.-inin çoxu “müdafiәçilik” mövqeyi tutdu; qalan hissәsi 1915 ildә bolşeviklәrin tәsiri ilә hәrbi-sәnaye komitәlәrinә seçkilәrdә iştirak etmәdi. Fevral burjua-demokratik inqilabından (1917) sonra fәaliyyәtini genişlәndirәn E., menşeviklәr vә daşnaklarla birlikdә Bakı Fәhlә Deputatları Sovetinә daxil oldular. Onlar “barışdırıcılıq” siyasәti yeridir, “inqilabın nailiyyәtlәrini müdafiә” naminә zәhmәtkeşlәri Müvәqqәti hökumәtә dәstәk vermәyә çağırırdılar. Əsas diqqәti kәndli mәsәlәsinә yönәldәn E. milli mәsәlәdә xalqların öz müqәddәratını tәyinetmә hüququnu rәdd edir, “panislamizm”ә qarşı çıxırdılar. E.-in nüfuzu rus vә ermәni fәhlәlәri arasında yüksәk idi. E. Bakı Sovetindә müsavatçılardan sonra ikinci iri fraksiya ilә tәmsil olunurdular. 1917 ilin mayında E.-in nümayәndәsi S. Saakyan Bakı Sovetinin sәdri seçildi.

    1917 il Oktyabr çevrilişindәn sonra bolşeviklәr başda olmaqla hakimiyyәtin Bakı Sovetinә verilmәsinin әleyhinә çıxan eser vә menşeviklәr Soveti tәrk etdilәr. 1917 ilin dekabrında Sovetә keçirilәn yeni seçkilәrdә E. kifayәt qәdәr sәs topladılar vә Sovetin İcraiyyә Komitәsinә daxil oldular. Mart soyqırımı (1918) zamanı E. bütünlüklә S.Şaumyanın başçılıq etdiyi bolşeviklәrin tәrәfindә idilәr. Onların lideri S.Saakyan “panislamizm”ә qarşı vuruşacaqlarını bәyan etdi. 1918 ilin iyulunda Qafqaz İslam Ordusu Bakıya doğru irәlilәyәrkәn Bakı Sovetinin daşnak-eser-menşevik bloku bolşeviklәrә qarşı çıxaraq, buraya gen. L.Denstervilin başçılığı ilә ingilis qoşunlarının dәvәt olunmasına sәs verdi. 1918 il avqustun 1-dә bu blok “Sentrokaspi diktaturası” hökumәtini formalaşdırdı. Avqustun 4-dә Ənzәlidәn gәlәn ingilis qoşunları Bakıya daxil oldu. Lakin ingilislәrlә “Sentrokaspi” hökumәti arasındakı münasibәtlәr qarşılıqlı ittihamlarla vә etimadsızlıqla müşayiәt olunurdu. Sentyabrın 15-dә Qafqaz İslam Ordusu Bakını azad etdikdәn sonra Denstervilin qoşunları vә onların arxasınca “Sentrokaspi diktaturası” hökumәtinin üzvlәri şәhәri tәrk etdilәr.

    1918 ilin dekabrında fәaliyyәtә başlayan Azәrb. parlamentindә E.-in yalnız azәrb.-lardan ibarәt “Xalqçı” partiyasının nümayәndәlәri tәmsil olundular. 1918–20 illәrdә E. Bakı Fәhlә Konfransı, fәhlә vә dәnizçilәrin hәmkarlar ittifaqı çәrçivәsindә fәaliyyәt göstәrirdilәr. E. öz mәtbu orqanları “Znamya truda” (“Əmәk bayrağı”), “Nabat” vә s. qәzetlәrindә AXC hökumәtinin daxili vә xarici siyasәtini tәnqid edir, Rusiya ilә birlәşmәk ideyalarını yayırdılar. E.-in iştirak etdiklәri Bakı Fәhlә Konfransı 1919–20 illәrdә söz vә yığıncaq azadlığı, әmәkhaqqının artırılması, milli hökumәtә etimadsızlıq göstәrilmәsi tәlәblәri ilә bir neçә ümumşәhәr tәtili keçirmәyә nail oldu. Az sonra bolşeviklәr bu tәşkilatda üstünlük әldә  etdilәr.  R.Axundovun  başçılığı  ilә azәrb. sol E. inqilabi sosializm vә sovet hakimiyyәtini dәstәklәyir, Azәrb.-ın dövlәt quruluşunu müstәqil sovet resp.-sı formasında görürdülәr. Nәticәdә sol E. “Hümmәt” vә “Ədalәt” partiyaları ilә birlikdә 1920  ilin  fevralında  Azәrbaycan  Kommunist Partiyasını tәşkil etdilәr, XI Qırmızı ordunun Azәrb.-a müdaxilәsinin vә Aprel işğalının (1920) bilavasitә iştirakçısı oldular. Lakin sovet hakimiyyәti qurulduqdan  sonra  yeni  hökumәt  tәrәfindәn  tәqiblәrә mәruz qalan hәm sağ, hәm dә sol E. qeyri-leqal fәaliyyәtә keçdilәr. 1922 ildә Bakıda E.-ә qarşı mәhkәmә prosesi başladı. Onların bir hissәsi sovet hakimiyyәtinә qarşı  fәaliyyәtdә  tәqsirlәndirilәrәk  güllәlәndi, digәr hissәsi isә sürgün edildi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç