Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESXİL, Aysxilos

    ESXİL, Aysxilos (Αίσχύλος) (tәxm. e.ә. 525, Elevsin – 456, Siciliya, Gela) – qәdim yunan dramaturqu. Evpatpidlәr nәslindәndir. Yunan-İran müharibәlәrindә (e.ә. 500–449) iştirak etmişdir. E.-in ilk әsәri 500–497 illәrә aid edilir. Faciәnәvislәrin müsabiqәsindә ilk dәfә 484 ildә qәlәbә qazanmış, bundan sonra 12 dәfә birinci yerә layiq görülmüşdür. Rәvayәtә görә, 80dәn artıq dram әsәri yazmış, yalnız 7 faciәsi dövrümüzәdәk gәlib çatmışdır (“İranlılar”, 472; “Fiv әleyhinә yeddi sәrkәrdә”, 467; “Yalvaranlar”; “Oresteya” trilogiyası – “Aqamemnon”, “Xoeforlar”, “Evmenidlәr”, 458; “Zәncirlәnmiş Prometey”). Əsәrlәrindә Afinanın yüksәlişi vә demokratiyanın möhkәmlәnmәsi (e.ә. 5 әsrin 1-ci yarısı) dövrü әksini tapır. “İranlılar” faciәsindә qalib xalq, vәtәn mәhәbbәti, azadlıq, habelә Afina demokratiyasının qüdrәti vә ictimai idealları tәrәnnüm olunur. “Fiv әleyhinә yeddi sәrkәrdә” faciәsindә E. Fiv çarı Eteoklu hәllolunmaz bir tәzadla üzbәüz qoyur. Əsәr insanın xalq vә dövlәt qarşısında mәsuliyyәtindәn bәhs edir. “Yalvaranlar”ın mövzusu әsatirdәn götürülmüşdür. Faciәdә qәdim ailә münasibәtlәrinin qalıqları pislәnir. Faciәviliyin әn mükәmmәl tәsviri “Oresteya”da öz әksini tapır: insan davranışı vә bu davranışın fәrdi әsaslandırılması ilahi әdalәt qanunları ilә mürәkkәb vә daxili ziddiyyәt tәşkil edәn qarşılıqlı әlaqәlәr fonunda tәsvir olunur. E. yaradıcılığının zirvәsi “Zәncirlәnmiş Prometey”dir. Prometey primitiv folklor obrazından nәinki bütün insanlığın minnәtdar ola bilәcәyi qәhrәman surәtinә, elәcә dә dәrin daxili tragizmin daşıyıcısına çevrilmişdir. Prometey surәtinin “E. modeli” bir çox yazıçı vә bәstәkarın ilham mәnbәyi olmuşdur (İ.V.Göte, C.Q.Bayron, P.B.Şelli, F.List, A.N.Skryabin vә b.).

    E.-in gerçәkliyin qavranılmasına, kainatın tәşәkkülü qanunlarının dәrkinә yönәlmiş cәhdlәri bütünlüklә onun әsәrlәrindә bәdii şәkildә әks olunmuşdur. Antik dәlillәrdәn göründüyü kimi, әsәrlәrinin yarısından çoxunu trilogiya şәklindә yazmış E. bu yolla uzun zaman kәsiyindә hadisәlәri izlәmәyә, qәhrәmanların davranışlarını inkişaf vә hәrәkәtdә göstәrmәyә çalışmışdır. E.-in әn mühüm yeniliyi sәhnәyә ikinci aktyoru daxil etmәsidir. Yaradıcılığının son dövrlәrindә üçüncü aktyordan da istifadә etmәyә başlamışdır. Lakin dramaturqun әsas diqqәti daim protaqonistin –faciә daşıyıcısı olan birinci aktyorun üzәrindә cәmlәnir. “Yalvaranlar”, “Fiv әleyhinә yeddi sәrkәrdә” vә “Xoeforlar”da qәhrәmanı hәyatının asılı olduğu seçim qarşısında qoyur. “Aqamemnon” vә “Zәncirlәnmiş Prometey”dә isә qәhrәman üçün seçim әvvәlcәdәn edilir.

    E.-in faciәlәri e.ә. 5–4 әsrlәrdә qәdim yunan teatrlarında sәhnәyә qoyulmuş, bәzilәri Enni, Aksi, Kiçik Senekanın әsәrlәri üçün prototipә çevrilmişdir. S.İ.Taneyevin eyniadlı opera (1895), F.Veynqartnerin eyniadlı musiqili dram trilogiyası (1902), Y.O’Nilin “Elektraya üz vermiş faciә” pyesi (1931), elәcә dә J.P.Sartrın “Milçәklәr”i (1943), G.Hauptmanın “Atridlәr” tetralogiyası (1941–44) vә C.Riçardsonun “Azğın oğul” dramı (1964) “Oresteya”nın süjeti әsasında yazılmışdır. “Oresteya” vә “Zәncirlәnmiş Prometey” vә s. Azәrb. dilinә tәrcümә olunmuş, bir sıra pyeslәr sәhnәlәşdirilmişdir.

    Əsәrlәri: Aqamemnon, Xoeforlar, Evmenidlәr. Antik әdәbiyyat müntәxәbatı kitabında. B., 1950; Zәncirlәnmiş Prometey. B., 1975.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç