ESKÁDRA (fr. eskadre – dördbucaq şәklindә hәrbi düzülüş) – 1) HDD-nda müxtәlif gәmilәrin operativ-taktiki birlәşmәsi. İki vә ya daha çox gәmi divizionundan ibarәt inzibati vә ya taktiki hissә. E.-ya döyüş gәmilәrindәn әlavә, flaqman gәmisi, hәmçinin üzәn baza vә yardımçı gәmilәr daxil ola bilәr. 2) İkinci dünya müharibәsi (1939–45) zamanı bәzi xarici ordularda HHQ birlәşmәsi.