ESKÁDRA MİNADAŞIYICISI – düşmәnin sualtı vә suüstü gәmilәrinә torpeda vә artilleriya zәrbәlәri endirmәk, kәşfiyyat aparmaq, döyüş vә konvoy gәmilәrini hava, yaxud gәmi hücumlarından, raket zәrbәlәrindәn qorumaq vә s. üçün hәrbi gәmi. E.m. 20 әsrin әvvәllәrindә meydana çıxmışdır; әsas vәzifәsi minalanmış maneәlәr yaratmaq vә sualtı qayıqları tapıb mәhv etmәk idi. E.m. helikopterlәr, zenit vә gәmivuran raket komplekslәri, torpeda aparatları, artilleriya silahları vә minalar ilә tәchiz olunur.