ESKİ-KERMÉN (Krım tatar dilindә “Köhnә qala”) – Krımda orta әsr mağara şәhәrinin xarabalığı. Baxçasaraydan 14 km c.-q.-dә, Manqupdan 5 km şm.-q.-dәdir. Şәhәrin sah. 8,5 ha, uz. 1040 m, eni 170 m idi. Hünd. 30 m-ә çatan sıldırımlarla mәhdudlaşan Stolovaya dağının yaylasında salınmışdır. Şәhәrin salınması 5 әsrin sonu – 6 әsrin әvvәllәrinә aiddir. Qazıntılar (1928– 37, N.İ.Repnikovun rәhbәrliyi ilә) nәticәsindә E.-K.-in Bizansın Krımdakı forpostu sayılan Xersones yaxınlığında tikilmiş әn mühüm qala olduğu müәyyәn edildi. Şәhәr möhkәm divarlarla әhatәlәnmişdir; mühasirәlәr zamanı istifadә olunması üçün qayada yeraltı su anbarı oyulmuşdur; 6 әsrdә xristian bazilikası tikilmişdir. 8 әsrin sonunda xәzәrlәrin hücumu nәticәsindә dağıdıldığı ehtimal olunur. 11 әsrdә şәhәrin dirçәlişi başladı; 12 әsrdә Feodoro knyazlığının tәrkibinә qatıldı. 12–13 әsrlәr şәhәrin çiçәklәnmәsi dövrü olmuşdur. Burada evlәr bir-birinә sıx tikilmişdir. Küçәlәrin, çoxsaylı daş evlәrin, qayalarda oyulmuş tәsәrrüfat tikililәrinin, burdaqların vә s. qalıqları aşkar edilmişdir. Əhali әkinçilik, sәnәtkarlıq vә ticarәtlә mәşğul olmuşdur. 1229 ildә şәhәr Noqay xanın qoşunları tәrәfindәn dağıdılmış vә әvvәlki әhәmiyyәtini itirmişdi. 1399 ildә Yedigey E.-K.-in mövcudluğuna son qoymuşdur.
Ески-Кермен маьара шящяринin галыглары. 5 ясрин сону – 6 ясрин яввяlляри.