ÉSKİLSTUNA – İsveçdә, Södermanland lenindә şәhәr. Əh. 64 min (2010). Elmaren vә Melaren göllәrini birlәşdirәn kiçik çayın sahilindәdir. D.y. st. 1659 ildә V Karl Qustav E.-ya şәhәr statusunu verdi. İlk manufakturalarda odlu silah vә toplar istehsal olunurdu. Melardalen Un-tinin (1977) kampusu, Şәhәr muzeyi, Munktell muzeyi (1991), zoopark var. Metal emalının (metalkәsәn, cәrrahlıq, ölçü alәtlәrinin istehsalı) qәdim mәrkәzidir (17 әsrdәn). Maşınqayırma (o cümlәdәn buruq avadanlıqları, silah z-dları) inkişaf etmişdir.