ESKİMÓSLAR, eskimolar – ABŞ-da (Alyaskada – 47 min 783 nәfәr; 2000), Kanadanın şm.-ında (50 min 480 nәfәr; 2006), Danimarkada (18 min 563 nәfәr; Qrenlandiya a.-nda – tәqr. 50 min nәfәr; 2007) vә RF-dә (Çukot Muxtar Mahalında –1529 nәfәr; 2010) yaşayan etnik birlik. Ümumi sayları tәqr. 170 min nәfәrdir. Eskimos-aleut dil ailәsinә aid dillәri iki qrupa bölünür: inupik (Berinq boğazında Diomid a-rının, Alyaskanın vә Kanadanın, Labrador vә Qrenlandiyanın şm.-ında qohum dialektlәri) vә Alyaskanın q. vә c.- q.-indә, Müq. Lavrenti vә Çukot y-a-nda yaşayan әhalinin danışdığı dialektlәrlә birlikdә yupik – üç dildәn ibarәt qrup (mәrkәzi yupik, Sibir yupiki vә suqpiak, yaxud alutiik).
Etnos kimi e.ә. 2-ci minilliyin sonlarında Berinq dәnizi r-nunda tәşәkkül tapmışlar. Eramızın 1-ci minilliyindә E.-ın әcdadları – Tule mәdәniyyәtinin daşıyıcıları
Çukotda vә Amerikadan Qrenlandiyaya qәdәr Arktika sahillәri boyunca mәkunlaşmışlar.
E. 15 etnomәdәni qrupa bölünürlәr: Cәnubi Alyaska -ı (Prins Uilyam körfәzinin sahillәri vә Kadyak a.); dillәrini vә әnәnәvi hәyat tәrzlәrini әn çox qoruyub saxlayan Qәrbi Al yaska E . - ı; Müq. Lavrenti vә Diomid a-rındakı E. da daxil olmaqla Sibir E.- ı; Norton körfәzindәn ABŞ–Kanada sәrhәdinәdәk olan sahilyanı torpaqlarda vә Alyaskanın şm.-dakı daxili r-nlarda yaşayan Şimal- Qәrbi Alyaska E.- ı; 14 әsrin sonu -15 әsrin әvvәlindә Kanadanın şm. sahillәrindәki yerli әhali ilә Alyaskanın şm.-ından gәlmiş nunaliit eskimoslarla qarışıq qrupu olan vә Makenzi çayı mәnsәbindә yaşayan M a kenzi - ı; Kanadanın şm. sahillәrindә, Koroneyşn körfәzi boyu, Banks vә Viktoriya adalarında yaşayan mis E.-ı (soyuq döymә üsulu ilә xalis misdәn hazırladıqları әmәk alәtlәrinә görә belә adlandırırlar); Şimali Kanadadakı Butiya vә Adeleyd y-a-larının sahillәrindә, Kinq Uilyam a-ında vә Bak çayının aşağı axarlarında yaşayan netsilik E.- ı; onlara yaxın olan Melvill y-a-da, Baffin Torpağı a.-nın bir hissәsindә vә Sauthempton a.-da yaşayan iqlulik E.- ı; Hudzon körfәzindәn q.-dә Kanadanın daxili tundrasında yaşayan karibu E.- ı; Baffin Torpağı a.- nın mәrkәzi vә cәnubi hissәsindә yaşayan Baffin Torpağı E . - ı; 19 әsrdә “settlerlәr” (eskimos qadınların ağ dәrili ovçular vә gәlmәlәrlә nikahlarından törәmәlәr) metis qrupunun yaranmasında iştirak etmiş Kvebek E.-ı vә Lab rador E.- ı; 17 әsrin әvvәllәrindәn Danimarka tәrәfindәn müstәmlәkәlәşmәyә vә xristianlaşdırmaya mәruz qalan E.-ın әn çoxsaylı qrupu – Qәrbi Qrenlan diya E.- ı; Yerin әn şm. tәrәfinin aborigenlәri – Qrenlandiyanın şm.-q.-ndә yaşayan qütb zo nası E.- ı; digәr E.-dan fәrqli olaraq avropalıların tәsirinә әn gec (19–20 әsrlәr) mәruz qalan Şәrqi Qrenlandiya E.- ı.
Öz tarixlәri boyu Arktikada yaşayış üçün münasib mәdәniyyәt formaları yaratmışlar: dönmә ucluğu olan qarmaq, ov qayığı – kayak, bütöv xәz geyim, yarımqazma vә iqlu (günbәzvarı qar daxma), xörәk bişirmәk, evi işıqlandırmaq vә qızdırmaq, xörәk bişirmәk üçün piylә yanan çıraq vә s. E. üçün tayfa tәşkilatının formalaşmaması, 19 әsrdә qәbilәlәrin olmaması (ehtimal ki, Berinq dәnizi sahillәrindә yaşayan E. istisna olmaqla) sәciyyәvidir. 18 әsrdә bir neçә eskimos qrupunun xristianlaşdırılmasına baxmayaraq, E. faktiki olaraq animistik tәsәvvürlәrini vә şamanizmi qoruyub saxlamışlar.
E.-da 5 tәsәrrüfat-mәdәni kompleks müәyyәnlәşdirilir: morj vә balina ovu (Çukot, Müq. Lavrenti a., Alyaskanın şm.-q. sahillәri, Qәrbi Qrenlandiyanın qәdim әhalisi); suiti ovu (Şimal-Qәrbi vә Şәrqi Qrenlandiya, Kanadanın Arktika arxipelaqı); balıqçılıq (Cәnubi vә Qәrbi Alyaska -ı); karibu maralı ovu (karibu E.-ı, Alyaskanın şm.-ında yaşayan E.-ın bir hissәsi); karibu ovu ilә yanaşı, dәniz ovu (Kanada E.-ının çoxu, Alyaskanın şm.-ındakı E.-ın bir qismi). E. bazar münasibәtlәrinә cәlb olunduqdan sonra onların әksәriyyәti satış üçün xәzli heyvanların ovuna, Qrenlandiyada isә balıq ovuna keçdilәr. Bir çoxu inşaatda, dәmir filizi vә neft mәdәnlәrindә, Arktika faktoriyalarında vә s. yerlәrdә işlәyirlәr. Qrenlandiyalılarda vә Alyaska E.-ında varlı tәbәqә vә milli ziyalılar meydana gәlmişdir.
20 әsrin ortalarında E.-ın 4 müstәqil etnosiyasi birliyi formalaşdı: 1) Qrenlandiya E.-ı (bax qrenlandiyalılar); 2) Kanada E.-ı (özlәrini inuit adlandırırlar). 1950-ci illәrdәn Kanada hökumәti yerli әhalinin bir yerә toplanılmasına vә iri qәsәbәlәrin tikintisinә başladı. Dillәrini qoruyub saxlamışlar, ingilis vә fransız dillәri dә yayılmışdır (Kvebek E.-ı). 19 әsrin sonlarından sillabik әlifbaya әsaslanan yazı sisteminә malikdirlәr; 3) Alyaska E.-ının çoxu ingilis dilindә danışırlar, xristianlaşdırılmışlar. 1960-cı illәrdәn iqtisadi vә siyasi hüquqları uğrunda mübarizә aparırlar. Milli-mәdәni birlәşmә meyillәri güclüdür; 4) Asiya (Sibir) E.-ı – yupiqıt, yaxud yuqıt (özlәrini “insanlar”, “hәqiqi insanlar” adlandırırlar; 1930-cu illәrdәn rәsmi adları “yuitlәr”dir). Dillәri yüpik qrupuna aiddir; Sireniki (Siqinık), Mәrkәzi Sibir (Novoye Çaplino) vә Naukan (Nıvukak) dialektlәri var. Rus dili dә yayılmışdır. 1932 ildә Mәrkәzi Sibir dialekti әsasında yazı sistemi tәrtib olunmuşdur. Şm.-da Berinq boğazından q.-dә Xaç körfәzinәdәk uzanan Çukot y-a-nın sahilyanı әrazilәrindә mәskunlaşmışlar. Əsas qrupları: nıvukakmit (“naukanlılar”), unqaziqmit (“çaplinolular”) vә sireniqmit (“sirenikililәr”).
Əsas әnәnәvi mәşğuliyyәtlәri dәniz heyvanlarının (әsasәn morj vә suiti) ovudur. 19 әsrin ortalarınadәk inkişaf etmiş balina ovu sonralar azaldı. Balinaları yataq yerlәrindә, buzun üstündә, yaxud qayıqdan mizraq, nizә vә qarmaqla vururdular. E. hәmçinin şm. maralı vә dağ qoçu da ovlayırdılar. 19 әsrin ortalarından odlu silahdan istifadә geniş yayılmışdı, tülkü (xüsusilә ağ tülkü) xәzinin satışı artmışdı. Quşovlama üsulları çukot üsullarına (mizraq vә boladan istifadә) oxşar idi. Balıqçılıq vә yığıcılıqla da mәşğul olurdular. Qoşqu itlәri yetişdirirdilәr. Maralçı çukçalar vә ABŞ E.-ı ilә natural mübadilә aparırlar, müntәzәm olaraq Alyaska vә Müq. Lavrenti a.-na ticari sәfәrlәr edirdilәr. Əsas yemәklәri morj, suiti vә balina әtindәn hazırlanırdı. Maral әti yüksәk qiymәtlәndirilirdi. Ətin yanında bitki yemәyi, dәniz kәlәmi, molyusk verilirdi. 19 әsrin ortalarınadәk iri yaşayış mәskәnlәrini tәşkil edәn yarımqazmalarda (nın¢lyu) yaşayırdılar. 17–18 әsrlәrdә çukçaların tәsiri ilә әsas qış mәnzillәri maral dәrisi ilә örtülmüş karkaslı yaranqalar (mın¢tıq¢ak) oldu. Onların divarlarını daş vә ya taxtadan hazırlayır, çimlә örtürdülәr. Yay evlәri morj dәrilәri ilә örtülmüş ağac karkaslı, maili dam örtüklü dördbucaqlı evlәrdir. 19 әsrin әvvәlinәdәk icma evlәri (bir neçә ailәnin yaşadığı, hәmçinin yığıncaq vә bayramların keçirildiyi böyük yarımqazmalar) qorunub saxlanılmışdı. Əsas nәql. vasitәlәri qışda itlәr qoşulmuş nartalar vә xizәklәr, buz bağlamamış sularda dәridәn qayıqlardır (kaya¢k). Çukot tipli baydaralardan da istifadә edilirdi.
19 әsrin sonlarınadәk әnәnәvi bütöv geyim növlәrindәn biri lәlәklәri astar tәrәfindә olan quş dәrilәrindәn tikilmiş kuxlyanka idi. Maralçı çukçalarla aparılan mübadilә nәticәsindә geyimlәr maral xәzindәn dә tikilirdi. Qadın geyiminә çukçalarda olduğu kimi ikiqat xәzdәn kombinezon (k¢alıvaqan) aiddir. Kişi vә qadın yay geyimi nerpa bağırsaqlarından, sonralar isә alınma parçalardan tikilmiş bütöv kamleykadır. Ənәnәvi ayaqqabı kişilәrdә baldıra, qadınlarda isә dizә qәdәr olan xәz untalardır (kamqık). Qadınlar iki hörük hörürdülәr, kişilәr kiçik dairә vә ya bir neçә tel saxlamaqla saçlarını qırxırdılar. Şәkildöydürmә (tatuirlәmә) yayılmışdır. Xәstәlikdәn qorunmaq mәqsәdilә üzlәrinә oxra vә qrafit çәkirdilәr. E.-ın әnәnәvi dekorativ incәsәnәtinә xәzdәn mozaika, rәngli vәtәri saplarla zamşa üzәrindә tikmә, muncuqla işlәmә, morj dişi üzәrindә oyma aiddir.
E.-da ata xәtti ilә hesablanan qohumluq, gәlin üçün işlәyib ödәmә ilә patrilokal nikah üstünlük tәşkil edirdi. Baydara sahibindәn vә ona 3–5 yaxın qohumundan ibarәt “baydara artellәri” (anyam ima) mövcud idi. Ovlanmış balıq vә heyvanlar “artelin” üzvlәri arasında bölüşdürülürdü. Əmlak bәrabәrsizliyi yaranmış, bәzәn yaşayış mәskәnlәrinin başçısı (“torpaq sahibi”) olan iri tacirlәr meydana gәlmişlәr.
E. xeyirxah vә zәrәrverici ruhlara inanırdılar. Qaranquş dәniz ovunun himayәçisi hesab olunurdu. Kosmoqonik rәvayәtlәrin әsas personajı Quzğundur. Nağılların әsas süjetlәri balina ilә bağlıdır. Əsas mәrasimlәri morj vә balina ovuna hәsr olunmuş bayramlardır. Şamanizm geniş yayılmışdır. 1930-cu illәrdәn -da ovçuluq tәsәrrüfatları tәşkil edilmişdir. Ənәnәvi inancları, şamanlıq, sümük üzәrindә oyma, mahnı vә rәqslәri qorunub saxlanılır. Yazı sisteminin yaranması ilә ziyalılar yetişir. Müasir E.-da milli özünüdәrkin inkişafı müşahidә olunur.
Канада ескимослары.
Eскимосларын гыш еви – Иглу. Канада.