ESKİZ (fr. eskuisse – layihә) – bәdii әsәr vә ya onun bir hissәsinin әvvәlcәdәn qaralama cizgilәrlә çәkilәn ilk variantı. E.-dә kompozisiya tәrtibatı, mәkan planları, rәng nisbәti nәzәrdә tutulur. Qrafik, rәngkarlıq, heykәltәraşlıq E.-lәri var; onlar iti, cәld işlәnmә manerası ilә seçilir, lakin müfәssәl dә işlәnilә bilәr. Görkәmli rәssamların yaradıcılığında E.-lәr bәdii dәyәr vә müstәqil xüsusiyyәtlәrә malik olur.