ÉSKOLA Ants Voldemaroviç (17.2.1908, Tallin – 14.12.1989, Tallin) – eston teatr vә kino aktyoru. SSRİ xalq artisti (1964). Estoniya SSR Dövlәt mükafatı laureatı (1965). 1925–41 vә 1947–49 illәrdә fasilәlәrlә “Estoniya” teatrında, 1949–66 illәrdә V.Kingisepp ad. Tallin Dövlәt Dram Teatrında çıxış etmişdir. 1966 ildәn Gәnc Tamaşaçılar Teatrında çalışmışdır. E.-nın ziddiyyәtli, mürәkkәb yaradıcılığına ifadәlik, dәrin-psixologizm xas idı. Əsas rolları: Yaqo, Oktavian, Hamlet (“Otello”, “Antoni vә Kleopatra”, “Hamlet”, U.Şekspir), Tuzenbax (“Üç bacı”, A.Çexov), Per Günt (“Per Günt”, H.İbsen), Tuiysk (“Vicdan”, E.Rannet), Maurus (“İnsan vә allah”, A.Tammsaarenin әsәri üzrә). “Günәşin uşaqları”, “Qar üstündә izlәr” (1955), “Kişilәr evlәrinә qayıdır” (1956), “Sakit mövsüm” (1968), “Kırboyun sahibi” (1979) vә s. filmlәrdә çәkilmişdir.