ÉSKOLA Pentti (8.1.1883, Lellaynen, Xonkilaxti – 6.12.1964, Helsinki) – fin petroqrafı, Finlandiya Akademiyasının üzvü (1921). Helsinkidә un-t bitirmiş (1906), 1910 ildәn orada dәrs demişdir (1924–53 illәrdә mineralogiya vә petroqrafiya prof.). 1928 ildәn Geologiya İn- tunun direktoru olan E. Skandinaviya, Şimali Amerika vә Baykalarxasında geol. tәdqiqatlar aparmışdır. İşlәri Finlandiya vә Kareliyanın Kembriyәqәdәrki dövrünә, qranit maqmasının genezisi, metamorfik diferensiasiyası vә anateksisi üzrәdir. İlk dәfә petrologiya problemlәrinә fiziki kimyanın prinsiplәrini tәtbiq etmiş vә “mineral fasiyalar” anlayışını formulә etmişdir (1920).
Əsәrlәri: The mineral facies of rocks. Christiania, 1920; On the principles of metamorphic differentiation. “Bull. De la Commission géologique de Finlande”. 1932, № 97.