ESKÓRT (fr. eskorte – müşayiәt) – 1) hәrbi konvoy, mühafizә, müşayiәt dәstәsi. 2) Hәrbi vә nәql. gәmilәrinin eskadra mina gәmilәri, keşikçi gәmilәr, sualtı qayıqlar vә ya tәyyarәlәrlә müşayiәt olunması. 3) Nәql. tәyyarәlәrinin vә digәr tәyyarәlәrin, mәs., dövlәt xadimlәrini aparan tәyyarәlәrin qırıcı tәyyarәlәrlә müşayiәti. 4) Rәsmi şәxslәri qarşıladıqda vә yola saldıqda, dәfn mәrasimlәrindә vә s. hallarda fәxri E. tәyin olunur.