ESKULÁP (lat. Aesculapius) – qәdim yunan mifologiyasında şәfa allahı Asklepinin latınca adı; e.ә. 3 әsrin әvvәllәrindә E.-a etiqad Romaya keçmişdi. E.-ın atributu ilan idi. Əfsanәyә görә, Epidavrdan (Yunanıstan) ilan görünüşündә gәtirilmişdir. Gәmi Tibr çayına daxil olarkәn, ilan suya atılmış vә adalara tәrәf üzmüşdür. Buna görә e.ә. 291 ildә Tibr a-rının birindә E. mәbәdinin әsası qoyulmuşdur. Mәbәddә müq. ilanlar vә itlәr vardı; xәstәlәr hәmin mәbәddә yuxuda olan zaman şәfa tapırdılar; sağalmış xәstәlәr allaha hәdiyyәlәr gәtirirdilәr. Mәbәdin xadimlәri yunanlardan ibarәt idi. Romada E.-a sitayişin yayılması yunan hәkimlik sәnәtinin rәsmi şәkildә qәbul olunmasına şәrait yaratdı; yunan hәkimlәr vәtәndaşlıq hüququ qazandılar. Sonralar “E”. termini, ümumiyyәtlә, “hәkim” mәnasında (xüsusilә ironik tәrzdә) işlәdilmәyә başladı.