ESKULÁP İLANI (Elaphe longissima) – suilanları fәsilәsinin dırmanan tәlxәlәr cinsindәn ilan. Uz. 1,5 m-әdәk, rәngi qәhvәyi-sarıdan vә bozdan tutmuş qonura (tәxminәn qaraya) qәdәr olur; bәdәninin üst tәrәfi bәzәn açıqrәngli, tozvarı, zәrif naxışlıdır. Cәnubi, Orta vә Şәrqi Avropada, Kiçik Asiyada vә Qәrbi Asiyanın şm.-ında, Cәnubi Qafqazın q.-indә yayılmışdır. Daşlı yamaclarda, xarabalıqlarda, bol işıqlı meşәlәrdә yaşayır.
Gәmiricilәrlә vә xırda quşlarla qidalanır. Ovunu bәdәn halqaları ilә boğur. Yumurtaqoyandır. Dişisi 5–6 yumurta qoyur. Qәdim Romanın şәfa allahı Eskulapa mәxsus әsa üzәrindә mәhz E.i.-nın tәsviri verilir (adı buradandır). BTMC-nin “Qırmızı kitab”ına daxil edilmişdir.
Ескулап иланы (Elaphe longissima).