ESKVİLÍN (Mons Esquilinus) – Roma ş.- nin salındığı 7 tәpәdәn biri. Qәdimdә E.-dә Balıq meydanı vә s. ticarәt küçәlәri, meydanlar vardı. İmperatorluq dövründә E.-dә Livi portiki, Neronun “Qızıl ev”i, Tit vә Trayan hamamları, zәrbxana vә s. tikilmişdi.