ÉSLİNGEN-NEKKAR (Esslingen am Neckar) – AFR-dә, Baden-Vürtemberq federal әrazisindә şәhәr. Əh. 92 min (2010). Nekkar çayı sahilindәdir. Əsası 8 әsrdә qoyulmuşdur. 1209 ildә azad imperiya şәhәri olmuşdur. 1796 ildә E.-N. yaxınlığında fransız qoşunlarının avstriyalılarla döyüşü baş vermişdir. 1802 ildә Vürtemberqә birlәşdirilmişdir. Orta әsrlәrә aid abidәlәr, o cümlәdәn tarixi, yeni ratuşa, mәhkәmә (әvvәllәr barokko üslubunda ratuşa olmuşdur), kilsә binaları, tarixi eksponatlar saxlanılan bәlәdiyyә muzeyi vә arxeoloji muzey, qalereya, kütlәvi kitabxana, arxiv, Tәtbiqi Elmlәr Un-ti (1868; 1971 ildәn indiki adı ilә) vә s. var. Dәzgahqayırma, k.t. maşınqayırması, elektrotexnika, toxuculuq, dәri, kağız, mebel sәnayesi var; şәrabçılıq inkişaf etmişdir.
Еsлинэеn-Неккар шящяриндян эюрцнцш.