ESMARX Fridrix Avqust fon (Jahannes Friedrich Avgust von Esmarch; 9.1.1823, Tenninq – 23.2.1908, Kil) – alman cәrrahı, aseptika vә antiseptikanın banilәrindәn biri. 1843 ildә Kil Un-tinin tibb fakültәsinә daxil olmuş, sonra tәhsilini Göttingen Un-tindә davam etdirmişdir. 1846 ildә hәrbi hәkim diplomu almış, Bernard fon Langenbekin yanında cәrrahiyyә kafedrasında assistent kimi çalışmışdır. 1848–50 illәrdә Danimarka–Prussiya müharibәsindә cәrrah kömәkçisi olmuş, 1857 ildә Kil hospitalına direktor vә prof. tәyin edilmişdir. 1866 ildә Prussiyaya xidmәtә başlayaraq Berlin lazaretlәrindә cәrrahi hissәyә rәhbәrliyi öhdәsinә götürmüşdür. O, 1870 ildә müharibәdә baş hәkim vә döyüşәn orduya mәslәhәtçi-cәrrah tәyin olunmuş, Kil, Hamburq vә Berlindә işlәmişdir. Hәrbi- sәhra cәrrahiyyәsi, anesteziologiya vә reanimatologiyanın, elәcә dә bir çox tibb alәtlәrinin tәkmillәşdirilmәsindә E.-ın böyük xidmәti olmuşdur. O, operativ cәrrahiyyә sahәsindә xüsusi bint qoymaqla damarların qansızlaşdırılması vә daha az qan itkisi ilә әmәliyyat aparılması üsulunu tәkmillәşdirmişdir.
Almaniya Cәrrahlar Cәmiyyәtini tәsis edәnlәrdәn biri vә fәxri üzvü olan E., 1894 ildә hәmin cәmiyyәtin prezidenti seçilmişdir.