ESPERÁNTO (isp. esperanto – ümidedәn)– beynәlxalq süni dil. Bu ad 1887 ildә “Esperanto” layihәsini irәli sürmüş varşavalı göz hәkimi Lüdovik Lazar Zamenqofun özünә seçdiyi tәxәllüslә bağlıdır. E. dilinin lüğәt tәrkibi, әsasәn, Qәrbi Avropa dillәrinin sözlәrindәn ibarәtdir. Qrammatik quruluşu sadә olub, cәmi 16 qaydanı әhatә edir. Hәr nitq hissәsinin bir şәkilçisi var. Müasir dövrdә E. әn geniş yayılmış süni dildir. 1905 ildәn etibarәn hәr il E. tәrәfdarlarının çox tәntәnәli keçәn konqreslәri çağırılır. Ümumdünya Esperanto Cәmiyyәti 14 beynәlxalq, 34 milli vә 1100 yerli tәşkilatı әhatә edir. Bu dildә yüzlәrcә qәzet vә jurnal nәşr olunur. Ən böyük E. kitabxanasında (Londonda) bu dildә nәşr edilmiş 30 min adda әsәr saxlanılır. Külli miqdarda E. – milli dil lüğәtlәrindәn әlavә, bu dildә 112 terminoloji lüğәt hazırlanmışdır. Bir çox ölkәdә E. dilindә radio verilişlәri aparılır. 32 ölkәnin 600 mәktәbindә 16 minә qәdәr uşaq E.-nu öyrәnmәkdәdir. Dünyanın 20-dәn artıq un-tindә xüsusi E. kursu keçirilir.