ÉSPO – Finlandiyada şәhәr. Finlandiya paytaxt aqlomerasiyasına daxildir. Əh. 267,9 min (2015). Ölkәnin c.-unda, Baltika dәnizinin Fin körfәzi sahilindәdir. Şәhәr regionun iqtisadi zonası ilә sıx әlaqәdәdir. Burada tәqr. 83 min insanı iş ilә tәmin edәn 9 min müәssisә fәaliyyәt göstәrir. Onlardan 500-ü (23,9 min nәfәr) yüksәktexnologiya müәssisәlәri, 410-u (13,6 min) xarici, 830-u (9,7 min) elektron hesablama texnikası vә komponentlәri, yaxud proqramları, nәhayәt, 80-i (6,6 min) telekommunikasiya әlaqәlәri müәssisәlәridir. Ən iri müәssisәlәri “Nokia”, “Tieto Korporeyşn”, “Orion”, “Tapiola”, “Neste”, “Simens” vә s.
Еспо шящяриндян эюрцнцш.