ÉSSEN – AFR-dә, Şimali Reyn-Vestfaliya federal әrazisindә şәhәr. Əh. 566,9 min (2012). Rur daş kömür hövzәsinin mәrkәzindәdir. Reyn-Herne kanalı sahilindә port. Mühüm nәql. qovşağı. Şәhәrin tarixi 800 ildәn, Verden abbatlığının yaradılması ilә başlayır. Sonralar Rur hövzәsi şәhәrlәrinin birlәşdirilmәsinә E. dә daxil edilmişdir. E.- dә roman üslubunda restavrasiya edilmiş qәdim monastır (1051 ildәn qalma yeraltı kilsә; dәyәrli әşyaların saxlanıldığı yer), 19–20 әsrlәr alman vә fransız rәngkarlığına aid әsәrlәr, zәngin estamp vә fotoqrafiya kolleksiyaları olan Folkvanq muzeyi (1902) var. Folkvanq Un-ti (1927), İncәsәnәt İn-tu, İqtisadi tәdqiqatlar ETİ, teatrlar, konsert zalları vә s. fәaliyyәt göstәrir. Əlvan metallurgiya, maşınqayırma (ağır, nәql. vә s.), toxuculuq, poliqrafiya, sement vә yeyinti sәnayesi inkişaf etmişdir. E.-dә iri konsern vә maliyyә şirkәtlәrinin mәnzilqәrargahları var.
Ессен шящяриндян эюрцнцш.