Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ESTAFET

    ESTAFÉT (fr. estafette, ital. staffa – üzәngi) – 1) keçmişdә çaparlar, qasidlәrlә göndәrilәn mәktub, mәlumat, poçt. 2) Müәyyәn mәrhәlәlәrә bölünmüş mәsafәdә bir- birini әvәz edәn idmançıların yarışı. Hәr mәrhәlәnin sonunda idmançı E. ağacını öz komanda yoldaşına ötürür. Mәsafә başına birinci çatan komanda qalib hesab edilir. Qaçışda diametri 4 sm, uz. 28–30 sm olan ağacın, atçılıq idmanında qamçının, yelkәnli qayıq idmanında diametri 30–40 sm olan, ortasına bayraqcıq sancılmış üzgәcin növbәti idmançıya ötürülmәsi ilә yarışın yeni mәrhәlәsi başlanır. Xizәkçilәrin E. yarışında öz mәrhәlәsini başa çatdıran idmançı әlini komanda yoldaşının çiyninә vә ya kürәyinә toxundurur; E. üzgüçülüyündә idmançı müvafiq әmәliyyatı әlini hovuzun divarına toxundurmaqla yerinә yetirir. Mәzmununa görә E. yarışları sadә vә kombinasiyalı olur. Sadә E.-lәrdә bütün mәrhәlәlәr eyni hәrәkәt üsulu ilә qәt edilir [mәs., qaçışda 4×100 (4 idmançı hәrәsi 100 m qaçır), 4×200, 4×400, 4×1500 vә s., sәrbәst üsulla üzgüçülükdә 4×100, 4×200, xizәk E.-indә 3×5 km, 4×10 km vә s.]. Kom binasiyalı E.-lәr 2 növә ayrılır: 1)idmanın bir növünә aid müxtәlif hәrәkәt üsullarından ibarәt (mәs., 4×100 m mәsafәyә kombinasiyalı üzgüçülükdә 1-ci mәrhәlә arxası üstә, 2-ci – brass, 3-cü – batterflyay, 4-cü sәrbәst üsulla qәt edilir); 2) idmanın müxtәlif növlәrinә aid hәrәkәt üsullarından ibarәt (mәs., ayrı-ayrı mәrhәlәlәri növbә ilә yüngül atletlәr, velosipedçilәr, motosikletçilәr vә avarçәkәnlәr qәt edir). Olimpiya Oyunlarının keçirildiyi yerә olimpiya mәşәli dә E. prinsipi üzrә çatdırılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç